Jalal-I Təhsildə bir brenddir!

 24.11.18 | Ana kateqoriya

Jalal-I Təhsildə bir brenddir!

 

Jalal-I - Təhsildə bir Brenddir! 

Öz müəllim heyəti ilə etimad göstərdiyiniz Jalal-I Tədris Mərkəzi Sizi salamlayır. Sizə ən yaxşı şəkildə xidmət göstərməyi özünə borc bilir və xalqımızın övladlarının uzun illər boyu müxtəlif sahələrdə savadlanmasında iştirak etdiyinə görə fəxr edir.

Jalal-I Tədris Mərkəzində Sizə xarici dillər, kompüter proqramları, mühasibat uçotu, abituriyent və magistratu rahazırlığı və s. üzrə məşğələlər təklif olunur:

İngilis, Alman, Fransız, İspan, İtalyan, Rus, Ərəb, Fars, Çin, Türk, Azərbaycan dili kursları.

İngilis dili məşğələləri hər biri bir saat olmaqla, həftədə üç dəfə keçirilir. Ay ərzində 13-14 dərs keçirilir +4 danışıq klubları. Bir aylıq məşğələnin ödəniş qiyməti fərdi olaraq 130 manat, 2-4 nəfərdən ibarət qrup halında 90 manat. Tələbələr pulsuz lazımi audio-video vəsaitlər, disklər, altyazılı dvdlər, oxu və qrammatika kitabları ilə təmin edilir. İlk sınaq dərsi ödənişsizdir. +pulsuz cinema klublar. Alman, Fransız, İspan, İtalyan dilləri eyni qayda ilə.
Rus, Ərəb, Fars, Türk, Azərbaycan dilləri eyni şəkildə sadəcə qiymətlər fərdi olaraq 110 manat, 2-4 nəfərdən ibarət qrup halında 75 manat.

"TOEFL”, "IELTS", "DAAD”, "SAT”, "YÖS”, " ALEX” proqramları ilə hazırlaşmaq xarici ölkələrin təhsil mərkəzlərinin qapılarını Sizin üzünüzə açır.

Bütün fənnlər üzrə abituriyent hazırlığı, magistratura və dövlət qulluğuna hazırlıq kursları uğurlu fəaliyyəti ilə Sizlərin qulluğundadır. Abituriyent hazırlığının aylıq ödənişi fərdi olaraq 70 azn, 2 nəfərlik qrupda 50 azn-dir.

Sizin xidmətinizdə daim təkmilləşdirilən kompüter kursu vardır. Ən son texnika ilə işləməyimiz imkan verir ki, bütün proqramları ən son versiyalarda tədris edək. Hər versiyaya uyğun olaraq dərs proqramı, tapşırıq və imtahanlar yenilənir. Bu da Sizin daha üstün olmağınıza şərait yaradır.
MS Office 07/10/18, Corel DRAW 2019, Adobe PhotoShop 2019, AutoCAD 2019, ArchiCAD 22, 3d S Max 2019, V-Ray, Abobe Illistrator, Adobe After Effect, Indesign, Quark Express və s.

Müəssisələrin mühasibat uçotu.
Özündə nəzəriyyə və təcrübəni birləşdirən mühasibat uçotu kurslarının müddəti 2 aydır.
Bu müddət ərzində sizə əsas hesablar, balansarxası hesablar, vergi xidməti (hesabatların elektron üsulla verilməsi), audit xidməti və bütün sənədləşdirmə işləri əyani sənədlər üzərində öyrədilir. Balansın tərtibi praktik şəkildə standart forma və kitablar üzrə həyata keçirilir.
Bundan sonra arzu edənlər 1C kompüter proqramını öyrənə bilərlər ki, bu da məzunlara mühasibat biliklərini tətbiq edərək daha sürətlə və daha dəqiq hesablamaq imkanı verir. Kursun müddəti 1 aydır. Aylıq ödəniş haqqı fərdi olaraq 140 azn 2 nəfərlik qrupda 100 azn-dir.
Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq (kommersiya təşkilatları üçün) milli mühasibat uçotu standartları da həmçinin tədris olunur.

İngilis və Rus dili üzrə Danışıq Klubları Mərkəzin tələbələri ücün ödənişsizdir.

Sürücülük, İT, Bank İşi kurslari, şahmat, rəsm və s. Sizləri maraqlandıran digər suallarla bağlı:
012-599-02-46 / 012-555-70-44 / 012-555-10-99 / 055-330-40-00. 

Quran kursları ödənişsizdir. 2 ay ərzində Quranın Təcvidi - düzgün və avazlı oxunuşu öyrədilir.

Jalal-I – bu Sizin üçün ən münasib vaxtda məşğələ deməkdir. Çox çevik (dəyişkən) cədvəl üzrə Siz hər gün səhər saat 9.00 – 22.00 kimi məşğul olmaq imkanı verir. Tələbə dərslərin keçirilmə gün və saatlarını təyin etməklə qalmayıb, arzu etdiyi vaxt onları dəyişə bilər.
İmtahanlar
Kursu bitirdikdən sonra tələbələr imtahan olunur ki, bu da onlara bu və ya digər fənni nə qədər mənimsədiklərini təsbit etməyə yardım edir. Eləcə də bu, tələbə və müəllimlərə daha ciddi hazirlaşmaq üçün təzyiq vasitəsidir. İmtahanlar hər istirahət günü 8 fərqli variant üzrə, hər variantda 20 sual olmaqla keçirilir. 

Danışıq klubu 
Mərkəzin nəzdində 3 səviyyədən ibarət İngilis dili üzrə danışıq klubu fəaliyyət göstərir. Hər bazar günü Siz ödənişsiz danışıq klublarında bu dildə danışan adamlarla müsahibələr yolu ilə öz dilinizi və tələffüzünüzü daha da təkmilləşdirə bilərsiniz. Bazar günləri danışıq klublarında iştirak edə bilməyən tələbələr üçün həftə içi günlər də klublar təşkil olunub. Burada siz əcnəbilərlə, eləcə də mərkəzin başqa tələbələri ilə ünsiyyət qura bilərsiniz. Klubların müxtəlif səviyyələrdə olması onları daha maraqlı və eyni zamanda daha effektiv edir. Tələbələr burada yeni dostlar tapır, vaxtlarını gözəl keçirməklə qalmayıb, həftə ərzində mənimsədikləri grammatik qaydaları, yeni sözləri cümlələrdə istifadə edir, onları daha düzgün ifadə və tələffüz etməyi öyrənir.
Mərkəzdə əlavə Rus dili klubları da yüksək səviyyədə fəaliyyətini davam etdirir.

Sınaq dərsi
Hər yeni gələn tələbə üçün bizim mərkəzdə ən yaxşı seçim imkanı yaradılmışdır. İlk ödənişsiz dərslər məhz bunun üçündür ki, Siz müəllimlə, onun məşğələ aparmaq texnika və metodikası ilə tanış olur, eləcə də, öz bilik səviyyənizi yoxlayıb müəyyən edə bilərsiniz. Sınaq dərsindən çıxan tələbə öz istəyindən asılı olaraq, ya qeydiyyatdan keçmək və ya digər müəllimlə sınaq dərsinə baş vurmaq haqqına sahib olur.

Endirim
Tələbə kartı ilə müraciət edənlərə 20% endirim tətbiq edilir.

Hədiyyə
Dərs material və tapşırıqlarını uzunmüddətli saxlaya bilmələri üçün tələbər pulsuz olaraq 8gb yaddaş kartı ilə təchiz edilir.

Ünvanlarımız: 
1) 28 May, Dilarə Əliyeva 235A, Fərəh Plaza Neft A.-nın yanı
2) Əhmədli, Məhəmməd Hadi 23/24, metro cıxışı.
3) Elmlər A, Memarlıq və İnşaat Universitetinin II korpusu 12ci mərtəbə
4) Caspian plaza, 3 korpus, 6 mərtəbə.
5) Suraxanı rayon, YAP, Cəlal Qurbanov 7.