Xarici dil kurslari


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Xarici dil öyrənmək çox çətin kimi götünən, amma beyninizdə sizi qorxudan əngəlləri tərk etdiyiniz zaman çox zövqlü bir öyrənmə müddətidir. Başqa bir dildə söhbət etməyin, kitab oxumağın, gündəlik tutmağın verdiyi zövq həqiqətən də başqadır.

Sizə cəmi bir neçə ay ərzində müxtəlif xarici dilləri mükəməl səviyyədə öyrənmək imkanı veririk.

Ingilis dili

Fransız dili

Alman dili

Italyan dili

Ispan dili

Rus dili

Ərəb dili

Fars dili

Türk dili

İlk başlanğıc:

Tədris dil üzrə 4 əsas bacarığın inkişafına yönəldilib:danışıq, dinləmə, yazma və oxuma.

Dərslər ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və cd/dvd materiallar əsasında keçirilir.hər yeni gələn tələbə üçün bizim mərkəzdə ən yaxşı seçim imkanı yaradılır. Ilk ödənışsiz dərslər məhz bunun üçündür ki, siz müəllimlə, onun məşğələ aparmaq texnika və metodikası ilə tanış olur, eləcə də, öz bilik səviyyənizi yoxlayıb müəyyən edə bilirsiniz. Sınaq dərsindən çıxan tələbə öz istəyindən asılı olaraq, ya qeydiyyatdan keçmək və ya digər müəllimlə sınaq dərsinə baş vurmaq haqqına sahib olur.dərslər tələbənin seçiminə əsasən fərdi və kiçik qruplar şəklində keçirilir.

Ingilis dili məşğələləri hər biri bir saat olmaqla, həftədə üç dəfə keçirilir. Ay ərzində 13-14 dərs keçirilir +4 danışıq klubları. Bir aylıq məşğələnin ödəniş qiyməti fərdi olaraq 110 manat, 2 nəfərdən ibarət qrup halında 75 manat. Tələbələr pulsuz lazımi audio-video vəsaitlər, disklər, altyazılı dvdlər, oxu və qrammatika kitabları ilə təmin edilir. Ilk sınaq dərsi ödənişsizdir. +pulsuz cinema klublar. Alman, fransız, ispan, italyan, ərəb dilləri eyni qayda ilə.

Rus, fars, türk, azərbaycan dilləri eyni şəkildə sadəcə qiymətlər fərdi olaraq 90 manat, 2 nəfərdən ibarət qrup halında 60manat təşkil edir.

"TOEFL”, "IELTS", "SAT” proqramlaı ilə hazırlaşmaq xarici ölkələrin təhsil mərkəzlərinin qapılarını sizin üzünüzə açır.

Danışıq klubu:

Mərkəzin nəzdində 3 səviyyədən ibarət ingilis dili üzrə danışıq klubu fəaliyyət göstərir. Hər bazar günü siz ödənişsiz danışıq klublarında bu dildə danişan adamlarla müsahibələr yolu ilə öz dilinizi və tələffüzünüzü daha da təkmilləşdirə bilərsiniz. Burada siz əcnəbilərlə, eləcə də mərkəzin başqa tələbələri ilə ünsiyyət qura bilərsiniz. Klubların müxtəlif səviyyələrdə olması onları daha maraqlı və eyni zamanda daha effektiv edir. Tələbələr burada yeni dostlar tapır, vaxtlarını gözəl kecirməklə qalmayıb, həftə ərzində mənimsədikləri grammatik qaydaları, yeni sözləri cümlələrdə istifadə edir, onları daha düzgün ifadə və tələffüz etməyi öynəyir. Conversation club kursumuzun tələbələri üçün ödənişsizdir. Digər tələbələr üçün isə 3 azn təşkil edir.

Xarici dil öyrənmək üçün 10 əsas addim.

1. Qəti qərar verin:hər nə olursa olsun, siz qəti qərarınızı verin və o cür başlayın.

2. Proqarminiz təqvimli olsun:dil öyrənərkən özünüzü aldatmayın. 3 ayda dil öyrənmək üçün 24 saat dillə yatıb qalxmalısınız.

3. Proqraminiza əməl edin:hər zaman çalışın, kiçicik öyrənmə fürsətlərini belə qaçırmayın.

4. Nizamli öyrənməyin:sıra ilə gedərək qrammatik məlumatları, ən sadə cümlələrdən başlayaraq danışmağa çalışmaq məşqləri etməyin.

Unutmayın, uşaq olanda, danışdığımız dili öyrənərkən, nə qrammatika bilirdik, nə də dil bilgisi. Eşidə -eşidə şüuraltımız öyrənmişdi və biz də danışmağa başlamışdıq. Yeni dili də bu cür düşünün. Hər şeydən bir şeylər çalışın, dinləyin, danışın.

5. Əzbərləməyin:çünki həyatdakı ünsiyyətlər əzbərlə yaşanmır, o an təsadüfi yaşanır. Yeni tanış olduğunuz hər kəsdən, "adın nədir, haralısan, nə qədər vaxtdır burdasan, nələri sevirsən” kimi sualları arxa-arxaya soruşuruqmu? Xeyr, söhbət bizi o suallara onsuz da aparır. Əzbərləmək yerinə sözləri və cümlələri bol bol istifadə edin.

6. Səsli təkrar edin:şüuraltınız səsi çox sevir. Səsli danışın, oxuyun, yazın.

7. Dost tapin:dünyanın kiçik bir kəndə döndüyü bu mühitdə öyrəndiyiniz dili danışan yoldaşlar tapmaq o qədər asandır ki. Facebook, twitter, msn, gmail kimi sosial mühitlərdən və xarici dil yoldaşlığı üçün qurulan bir çox saytdan faydalana bilərsiniz.

8. Alt yazi olmadan film izləyin:sadəcə filmi izləyin. 5-10 filmdən sonra nə qədər çox inkişaf etdiyinizi və filmi bir qədər anlaya bildiyinizi görəcəksiniz.

9. Gündəlik tutun:"bu gün bu dərsi işlədim. Bu sözləri öyrəndim. Bu anlamda işlənirlər” şəklində məlumatları qeyd edin. Sonra onları oxuyun. O gündəliklər, zaman keçdikcə, sizə, nə qədər çox bilgi öyrəndiyinizi göstərən və sizi cəsarətləndirən dostunuz olacaq.

10. Cəsur olun, səhv edin:ən önəmli addım.çünki dil öyrənməyin ən asan yolu bol-bol səhv etməkdir. Əgər başqa biri ilə danışarkən, yazışarkən, səhv edirsinizsə, təbii olaraq sizə bunun doğrusunu öyrətmək istəyəcək. Bu da sizə pulsuz müəllim.