Abituriyent hazırlığı
26.04.2025
Abituriyent hazırlığı

Abituriyent hazırlığı

Abituriyent hazırlığı artıq 25 ilə yaxındır ki, fəaliyyət göstərən JALAL-I Tədris Mərkəzi saysız kursların tədrisi üzrə bir çox uğurlara imza atmış, daim öz uğur göstəriciləri ilə seçilmişdir. Abituriyent kursları da bu kurslardan biridir. Abituriyent istiqaməti üzrə bütün fənnlər tədris edilməkdədir. Mərkəzimizdə tələbələrimizin dərsləri keçməsi üçün ayrılan sinif otaqlarımız tədris üçün lazım olan bütün standartlara cavab verir. Bütün tələbələrimizə fərdi yanaşma mövcuddur. Bu səbəbdən fənnlər üzrə ilk dərs sınaq dərsidir. Sınaq dərsi zamanı tələbə müəllimin metodikası və proqram ilə tanış olur. Dərs tam qane etdikdən sonra qeydiyyatdan keçib dərslərə başlayır. 

Abituriyent hazırlığı Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin ali məktəblərə qəbul proqramı əsasında aparılır.

Abituriyent hazırlığı

Müəllimlərimizin hər biri ixtisası üzrə ali təhsilli, peşəkar müəllimlərdir. Tədris kurikulum sisteminə uyğun proqram əsasında aparılır. Dərslərə nəzarət mövcuddur və valideynlərlə mütəmadi əlaqə saxlanılıb, tələbənin dərslərinin gedişatı haqqında məlumat verilir. 

Abituriyent hazırlığı: Dərslərinin təşkili

Abituriyent hazırlığı proqrama əsasən 8, 9, 10, 11-ci siniflər və məzunlar üçün nəzərdə tutulub. Bununla yanaşı 5, 6, 7-ci siniflər üçün fənn hazırlıqları mövcuddur. Abituriyentlərin nəticələrini daha da yaxşılaşdırmaq məqsədilə tələbələrimizə öyrəndiyi mövzular əsasında hər ay sınaq imtahanları və psixoloji-həvəsləndirici seminarlar keçirilir.

Abituriyent hazırlığında bütün fənnlər həm Azərbaycan, həm də rus dili bölməsi üzrə tədris edilir. 

Dərslərimiz 5 qrup üzrə və hər ixtisas qrupunda 5 fənn (V qrupda 3 fənn) olmaqla tədris olunur. Abituriyent hazırlığı dərsləri həm qrup həm fərdi şəkildə, eyni zamanda onlayn və ənənəvi formatda təşkil edilir. Qruplarımızda maksimum 4 abituriyentin iştirakına icazə verilir. Abiturient qrupları bilik səviyyəsinə uyğun bölünür. Dərslər hər bir fənn üzrə həftədə 3 dəfə 1 saat olmaqla tədris olunur. Dərs saatları tələbələrimizin qrafikinə uyğunlaşdırılır.

Gələcəyi üçün doğru seçimlər etmək istəyən hər kəsi mərkəzimizdə təşkil edilən kurslarımıza dəvət edirik.

Sənin seçimin, sənin kursun!