
"1+1" kampaniyası
"1+1" kampaniyası ilə həm özün, həm də dostun üçün 5️⃣0️⃣ % endirim qazana bilərsənsən desək?
Dostunla gəl, endirim qazan!
"Dostuna kurs hədiyyə et!" aksiyası sizin və dostunuzun inkişafına əsaslanır. Çünki dostluq bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdəndir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən əlaqələrdəndir. Dostlarımızın bizə aşıladığı təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı önə çıxaran əsas amillərdən biridir.
"1+1" Kampaniyası nədir
Biz də bu günümüzdə çətin qurula bilən əsl dost keyfiyyətlərinə sahib, bir-birini hər mövzuda dəstəkləyə bilən dostlar üçün kampaniya təşkil etmək qərarına gəldik. Bu dəfə həm sizi həm dostunuzu düşünürək "1+1" bir digər adı ilə "Dostunla Gəl" və ya "dostuna kurs hədiyyə et!" kampaniyasını aktiv etdik. Bu sayədə siz dostunuza kurs hədiyyə etmə şansına sahib olacaqsınız.
Belə ki, dostunuzla birlikde gəldiyiniz halda hər ikiniz ilk aydan 50%, növbəti aylardan isə 20% endirim əldə etmiş olursunuz.
"Dostuna kurs hədiyyə et!" kampaniyası sizə və dostunuza dostluğun əhəmiyyət və dəyərini xatırlatsın. Çünki dostluq fərdlərə emosional dəstək və motivasiya verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi sevgi və dəstək dayanır. Elə bu səbəbdən sən də dostuna bir kurs hədiyyə et və onun inkişafına dəstək ol!
Endirim aşağıdakı kurslara tətbiq ediləcək!
✅ XARİCİ DİLLƏR
✅ IT KURSU
✅ KİBER TƏHLÜKƏSİLİK
✅ PROQRAMLAŞDIRMA
✅ İNTERYER DİZAYN
✅ QRAFİK DİZAYN
✅ MÜHASİBATLIQ/1C
✅ HR (İNSAN RESUSLARI)
✅ BANK İŞİ
✅ SOLIDWORKS
✅ SMM