Conversation Club
28.03.2024
ingilis dili conversation club

Conversation Club

Conversation club xarici dil öyrənməyin əsas tələblərindən biri də mütəmadi bu dilə məruz qalmaqdır. Mərkəzimiz dil biliyinizi daha da inkişaf etdirməyiniz məqsədilə hər həftə ÖDƏNİŞSİZ Conversation Club-lar təşkil edir. Bu klublar ingilis dilli xarici mütəxəssislər tərəfindən aparılır. Siz də klublarımıza qoşularaq danışıq kompleksindən azad olacaq, yeni kommunikasiya imkanları əldə edəcəksiniz.

İngilis Dili - Ödənişsiz Conversation Club

Niyə Conversation Club?

- İngilis dilində sərbəst danışmaq bacarığınızı inkişaf etdirin.

- Beynəlxalq mütəxəssislərlə ünsiyyət quraraq mədəniyyətlərarası əlaqələri gücləndirin.

- Yeni dostlar qazanın və şəbəkənizi genişləndirin.

- Hər səviyyədə iştirakçılar üçün uyğun mövzular və fəaliyyətlər. 

JALAL-I Tədris Mərkəzindəki ingilis dili kursları danışıq klubu, dil bacarıqlarınızı inkişaf etdirmək və özünüzü daha inamlı şəkildə ifadə etmək üçün ideal bir mühit təqdim edir. Burada, müxtəlif mövzular ətrafında sərbəst və yaradıcı müzakirələr apararaq ingilis dilindəki danışıq qabiliyyətlərinizi artırmaq imkanı əldə edirsiniz. Təcrübəli mütəxəssislərin rəhbərliyi altında, rahat və dostyana bir atmosferdə öyrənmək, həmçinin digər iştirakçılarla ünsiyyət qurmaq sizə yeni perspektivlər qazandıracaq. JALAL-I-dəki Conversation club, həm də geniş şəbəkə imkanları və fərdi yanaşması ilə dil öyrənməni daha effektiv və maraqlı edir.

 Ətraflı Məlumatlar:

- Tarix: Hər həftənin bazar günü

- Vaxt: 14:00 - 16:00

- Yer: JALAL-I Bakı Tədris Mərkəzinin 28 maydakı ofisi

Əlaqə üçün:

- Whatsapp: +994 55 330 40 00

Gəlin və ingilis dilində danışıq bacarıqlarınızı bizimlə birlikdə inkişaf etdirin! Sizləri gözləyirik.