General English və Business English
21.10.2025
General English və Business English kursu

General English və Business English

Hansı kurs sizin üçün daha uyğundur

İngilis dili bu gün qlobal ünsiyyətin, təhsilin və biznesin əsas açarı sayılır. Lakin bir çox insanlar üçün “General English” və “Business English” kursları arasında seçim etmək bəzən çətin olur. Hansı daha faydalıdır? Hansından başlamaq lazımdır? Bu yazıda bu suallara aydınlıq gətirəcəyik və sizin üçün ən doğru istiqaməti müəyyənləşdirməyə kömək edəcəyik.

General English

General English (ümumi İngilis dili) – gündəlik həyat, səyahət, ünsiyyət və mədəniyyət mövzularında istifadə edilən dili öyrədir.
Bu kursda məqsəd, tələbənin ümumi danışıq bacarığını inkişaf etdirmək, dinləmə, oxuma, yazma və danışıq bacarıqlarını balanslı şəkildə gücləndirməkdir.

General ingilis dili kursuna qoşulduğunuz zaman siz gündəlik ünsiyyətdə sərbəst danışıq bacarığı qazanarsınz. Fərqli mövzularda danışıq və söz ehtiyatının genişləndirisiniz. IELTS və ya digər akademik mərhələlərə keçid üçün baza yaratmış olursunuz. Bu kurs xüsusilə dil öyrənməyə yeni başlayanlar, səyahət etməyi sevənlər və ümumi ünsiyyət bacarığını artırmaq istəyənlər üçün idealdır.

Business English nədir

Business English (Biznes İngiliscəsi) – iş mühitində istifadə olunan xüsusi terminologiya və ünsiyyət tərzini öyrədir.
Bu kurs peşəkar karyera qurmaq, xarici şirkətlərlə işləmək və ya beynəlxalq səviyyədə fəaliyyət göstərmək istəyən şəxslər üçün nəzərdə tutulub. Business English kursunu seçdiyiniz zaman iş görüşmələri və təqdimatlar üçün xüsusi söz bazası yaratmış olursunz. Rəsmi e-maillərin, hesabatların və sənədlərin yazılması bacarığı qazanarsınız. Beynəlxalq biznes etiketi və korporativ ünsiyyət formaları öyrənirsiniz və professional danışıq və inandırıcı ifadə tərzinin inkişaf etdirmiş olursunuz.

General English və Business English

Bu kurs mühasiblər, menecerlər, HR mütəxəssisləri, sahibkarlar və bizneslə məşğul olan şəxslər üçün daha uyğundur.

Hansını seçməlisiniz

Seçim etməzdən əvvəl öz məqsədinizi müəyyənləşdirin.

Əgər siz dil öyrənməyə yeni başlayırsınızsa, General English ilə başlamaq ən doğru seçimdir. Sonrasında IELTS sizin üçün doğru seçim ola bilər əgər məqsədiniz xaricdə yaşamaq və təhsil almaqdırsa.
Lakin artıq müəyyən səviyyədə bilikləriniz varsa və karyeranızı beynəlxalq səviyyəyə daşımaq istəyirsinizsə, Business English sizi bir addım irəli aparacaq.

JALAL-I Tədris Mərkəzində General English və Business English dərsləri

Mərkəzimizdə həm General English, həm də Business English kursları müasir metodika, danışıq yönümlü dərs sistemi və təcrübəli müəllimlər tərəfindən tədris edilir.
Tələbələrimiz real həyat situasiyaları üzərində danışıq məşqləri edir, iş dünyasından nümunələrlə yazı və təqdimat bacarıqlarını inkişaf etdirir və kursun sonunda sertifikat əldə edir və praktik biliklərlə ayrılırlar.

Hansı kursu seçməyinizdən asılı olmayaraq, əsas məqsəd öz məqsədinizə uyğun, effektiv və davamlı öyrənməkdir.
İngilis dilində həm gündəlik ünsiyyəti, həm də biznes sferasında uğuru Jalali Tədris Mərkəzi ilə qazanın!