General English nədir
General English 1-ci səviyyə - Beginner
Bu səviyyə sıfırdan başlayaraq təhsil alan tələbələr ücün nəzərdə tutulur. İlkin səviyyədə dilin öyrənilməsində sonrakı mərhələ üçün əsas qoyulur və təhsil prosesinin özünə maraq yaradılır. Material düşünülərək və metodiki səviyyədə verilir. Leksika bölməsi dəqiqliklə hazırlanmışdır. Praktik tapşırıqların məqsədi ünsiyyət təcrübəsinin inkişafı və onun real vəziyyətlərdə əminliklə istifadəsidir. Proqrama fonetika, qrammatikanın əsasları və danışıq daxildir. Təhsili bitirdikdən sonra tələbə çətin olmayan mətnləri oxuya bilər və məişət mövzularında söhbətlər apara bilər.
Məşğələlərdə mövcud olan dostluq atmosferi dil baryerindən azad olmaq imkanı verir. Tədris Britaniyanın və ABŞ-ın aparıcı nəşriyyat evlərinin ən müasir dərs vəsaitləri üzrə aparılır.
Əsas məqsədlərimiz aşağıdakılardan ibarətdir:
- Tələbələri ingilis dilinin ilkin qrammatik qaydaları ilə tanış etmək;
- Söz ehtiyatı yaratmaq;
- Oxumağı və yazmağı öyrətmək.
Bu səviyyədə tələbələr aşağıdakıları öyrənəcəkələr:
- Gündəlik sadə ifadələrdən istifadə etməyi;
- Özünü təqdim etməyi və sadə suallar verməyi;
- Gündəlik məsələlərə (tələbənin özü və ailəsi haqqında ən əsas məlumatlar, alış-veriş, iş həyatı və s.) aid cümlələri və ifadələri başa düşməyi.
Kursa daxildir:
Oxu, yazı, dinləmə və danışıq: Burada özünü təqdimetmə və salamlama, adlar, ölkələr və millətlər, iş və iş yeri, musiqi, filmlər, televiziya programları, əyləncə, dəvətlər, zaman işlədilərək cümlələrin qurulm2--veriş və digər mövzularda olan qısa mətnlərdən (300-600 söz həcmində) ibarətdir.
Yazı hissəsi şəxsi suallar, sinif yoldaşının tərcümeyi-halı, müxtəlif ölkələrdə qiymət fərqləri və s. mövzularda sualların yazılmasından ibarətdir.
Qrammatikanın öyrədilməsi: "Wh”-lə başlanan suallardan, "be/do” felləri ilə düzələn cümlələrdən, "hə/yox” sualları və "be/do” ilə olan cavablardan, mübtəda, əvəzlik, sifətlərlərdən, indiki zamanda olan cümlələrdən və s. ibarətdir.
General English 2-ci səviyyə - Elementary
"Elementary” mərhələsi inglis dilinin qrammatikası və danışıq təcrübəsi haqqında əsaslı məlumatı olan amma kifayət qədər söz ehtiyyatı olmayan tələbələr üçün nəzərdə tutulur. Proqram 4 növ istiqamətin inkişafı üçündür:
Müəllimlə tələbənin söhbəti (nitq qavrama qabiliyyəti)
- Oxuma
- Məktublar
- Danışıq
Bu səviyyədə əsas məqsəd:
- Danışıq və yazıdakı dəqiqliyi və səlisliyi artırmaq;
- Oxu qabiliyyətini inkişaf etdirmək;
- Yazı qabiliyyətini inkişaf etdirmək.
Bir dərsdə 30-35 yeni söz daxil olmaqla gündəlik həyatda istifadə olunan mövzular işlənilir, həmçinin ingilis dilinin əsaslı qrammatikası (əsas zaman formaları və qrammatik konstruksiyalar), dərsdə və evdə aparılan söhbətlər və ev tapşırığı çərçivəsində yazılı tapşırıqlar bura daxildir. Kursu bitirdikdən sonra tələbə mətnin və danışığın əsas məzmununun anlayışını, səyahətlərdə və adi həyat situasiyalarında danışmağı, eşidilənlər və oxunanlar əsasında qısa məlumatlar verilməsini, adi və şəxsi məktubların yazılmasını həyata keçirə bilər.
İlk dərslərdən ingilis dili ilə düzgün məşğul olmaq haqqında təsəvvür verən xüsusi metodikadan istifadə edilir. Proqramda bütün 4 dil vərdişlərini ( dinləmə qabiliyyəti, danışıq qabliyyəti, oxumaq, yazmaq) inkişaf etdirən dərs materiallarının geniş spekterindən istifadə edilir.
General English 3-cü səviyyə - Pre-İntermediate
Pre-İnremediate səviyyəsini bitirdikdən sonra tələbə hər hansı yazılı və ya şifahi məlumatın məzmununu tamamilə anlayır, şəxsi fikrini bildirir, oxuduqları və yazdıqları əsasında ətraflı məlumatlar əldə edir, müəyyən çətinlikdə olan şəxsi və rəsmi yazışmalar aparır, ingilis dilində ədəbiyyat oxuya bilir, xarici səfərlərdə tərcüməçisiz keçinə bilir. Bu kursda alınmış təhsil tələbəyə Beynəlxalq imtahan olan PET (Preliminary English Test) müvəffəqiyyətlə verilməsinə imkan yaradır.
Bu səviyyədə tələbələr kursumuz tərəfindən təşkil olunan və Amerikalı və Britaniyalı müəllimlər tərəfindən aparılan danışıq klubları və müzakirələrdə fəal iştirak edə bilərlər.
General English 4-cü səviyyə - Intermediate
"Pre-İntermediate" səviyyəsində ingilis dili haqqında bəzi təcrübələri olan tələbələr üçün nəzərdə tutulur. Təhsilə qrammatika haqqında biliklərin artırılması, söz ehtiyyatının çoxaldılması və danışıq maneələrinin aradan götürülməsi (danışıq təcrübəsi) daxildir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir. İntermediate səviyyəsini bitirdikdən sonra tələbə aşağıdakı qabiliyyətləri əldə edir:
- Telefon zənglərinə cavab vermək
- Yazışmalar aparmaq
- İngilisdilli tanışlarla söhbət etmək
- Müsahibələrdə iştirak etmək
- Bu dildə hesabat təqdim etmək
- İşguzar danışıqlarda iştirak etmək
- Bu səviyyəyə uyğun ədəbiyyat oxumaq
General English 5-ci səviyyə - Upper-İntermediate
''İntermediate'' səviyyəsində müəyyən bir təcrübəyə malik olan tələbələr üçün nəzərdə tutulur. Təhsil ingilis dilinə praktik və azad şəkildə yiyələnmə, xarici dilli vətəndaşların danışıqlarının tamamilə başa düşülməsinə yönləndirilir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir.Kursu bitirdikdən sonra tələbə müxtəlif mövzularda (məişət mövzularından profesional səviyyəyə qədər) dildən sərbəst şəkildə istifadə edə bilir, xarici vətəndaşlarla rahat ünsiyyət qura bilir, xüsusi və bədii ədəbiyyat oxuya bilir, mətnin məzmununu ümumiləşdirə və izah edə bilir, oxunmuş mətnin icmalını qura bilir.
Bu kursda əldə edilmiş bilikləri tələbəyə Kembric CAE (Cambridge Advanced English) və TOEFL (Test Of English as a Foreign Language) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır.
General English 6-cı səviyyə - Advanced
"Advance" kursu tələbələrə biliklərini mükəmməlləşdirmək və onları profesional səviyyəyə çatdırmaq üçün nəzərdə tutulur. Elementar səviyyədən başlayaraq biz tələbəni Advanced (yüksək) səviyyəsinə çatdırırıq ki, bu da ona aşağıdakıları imkan verir:
a) İngilis dilinə sərbəst sahib olma
b) İngilis ədəbiyyatını sərbəst oxumaq
c) Şifahi və yazılı – öz fikirlərini sərbəst, gözəl və qrammatik cəhətdən düzgün ifadə etmək.
Təhsil əsasən söz ehtiyatının artırılması, nitq tərzləri və dil formalarına yönləndirilmişdir. Bu səviyyə böyük söz ehtiyatı və qrammatika haqqında tam biliklər verir. Kursu bitirdikdən sonra tələbə müxtəlif situasiyalarda (xarici vətəndaşla eyni səviyyədə) danışıq dilinə yiyələnə bilir, hər hansı bir səviyyədə və mövzuda sinxron tərcümələr edə bilir. Kursda əldə edilmiş biliklər tələbəyə TOEFL (Test of English as a Foreign Language), CAE (Cambridge Advanced English) və CPE (Certificate Proficiency İn English) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır.
Tədris Azərbaycanda və xarici ölkələrdə təhsil almış müəllimlər və dilçilər tərəfindən aparılır. Bizim mərkəzdə əldə edilən biliklər Avropa və Amerikada oxumaq və işləmək üçün ingilis dili kurslari üzrə istənilən beynəlxalq imtahanı vermək imkanı verir.
İngilis dili dərsləri həftədə 3 dəfə 1 saat olmaqla keçirilir. Qeydiyyatdan keçməzdən əvvəl cədvəlin təyini sizin istəyinizə uyğun olaraq həyata keçirilir.
İngilis dili proqramı üzrə ilk dərs sınaq dərsidir - pulsuzdur. Sınaq dərsində müəlliminizlə, müəlliminizin metodikası ilə yaxından tanış olmaq imkanı əldə edirsiniz.
Bazar günləri 2 saatlıq Conversation Club keçirilir ki, kursumuzun tələbələri üçün pulsuzdur.
Dizayn kursları Bakida
Rus dili öyrənmək
İnteryer dizayner kurslari
Sürücülük məktəbi
Business English kursu
Bakıda ingilis dili
Tədris mərkəzləri
İngilis dilini necə öyrənmək olar: məsləhətlər və praktiki metodlar