HR kimdir?
24.10.2024
HR kimdir?

 HR kimdir?

İnsan Resusları

HR kadrların axtarışı, işə qəbulu və adaptasiyası ilə məşğul olan mütəxəssislərdir. Onlar həm təşkilatın strukturu daxilində, həm də podratçı kimi işləyə bilərlər. HR-mütəxəssislərinin fəaliyyət sahəsinə “insan resursları” ilə əlaqəsi olan hər şey daxildir.

HR ( ingilis dilində “ Human Resources”-  “ İnsan Resursları”)

HR nə iş görür?

İnsan Resurslarının İdarə Edilməsi  insanların işə qəbul , təlimləndirilməsi, işçini və işəgötürənin hüquqlarının təmini, işçilərin kompensasiyaların ödənilməsi, işçilərlə bağlı siyasətlərin işlənib hazırlanması və işçiləri saxlamaq üçün strategiyaların işlənib hazırlanması prosesidir. Bir sahə olaraq, İnsan Resursları (HR) son iyirmi il ərzində bir çox dəyişikliklərə məruz qalıb və bu, bugünkü təşkilatlarda daha da mühüm rol oynayır. 
Bu sahənin çox zəngin və maraqlı mövzuları var. Bizim kursda bu sahəni daha da yaxşı mənimsəyəcəksiniz. Bizim fərqimiz odur ki, biz hər mövzuya görə sizə misallarla izahatın veririk.

HR kimdir?

İnsan Resurslarının təliminin mövzuları 

1. Əmək Məcəlləsinin  öyrədilməsi , tərtibi və real həyatdan misallar 

2. Nazirlər kabinetin qərarları və tərtibi

3. ƏMAS, E-gov.az, İSB.az portalların öyrədilməsi 

4. Kargüzarlıq və tərtibi.

Siz bu kursu bitirdikdən sonra Əmək müqaviləsinin bağlanıma qaydasını, məzuniyyəti və hesablanmasını, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın tərtibi, xitam və onu tərtibini, Boşdayanma, iş vaxtından artıq işin görülməsi , gecə vaxtı görülən işlər və onun tərtibi , əmək haqqı anlayışı və  s kimi mövzuları dərindən biləcəksiniz.