
"İngilis dili + Kompüter" kampaniyası
Yenə çoxsaylı istəkləri nəzərə alaraq "İngilis dili"+ kompüter" kampaniyasını aktiv etdik!
Bildiyiniz kimi hər ay özünəməxsus kampaniyalarımızla sizlərə təhsilin ən yüksək, keyfiyyətli və sərfəli yolunu təqdim edirik. Hədəfimiz hər bir tələbəmizi professional təhsil və xidmətlərlə təmin etmək. Eyni zamanda Azərbaycanın gələcəyi və inkişafı naminə gənc nəsillərin daha bilikli, düşüncəli və intellektual yetişməsidir. "Təhsil millətimizin gələcəyidir ve gələcək isə gənclərimizdir". Bu idealogiya ilə hər zaman əlimizdən gəldiyi qədər siz gənclərin təhsil və təlimində yanınızdayıq.
"İngilis dili + Kompüter" kampaniyası nədir?
Belə ki, ingilis dili kursu üçün qeydiyyatdan keçən tələbələrimizə kompüter kursu ödənişsiz olacaq!
"İngils dili+ Kompüter" kampaniyası daha öncə mərkəzimizdə tətbiq edilmişdir. Bu kampaniyadan istifadə edərək mərkəzimizdə təhsil alan sayısız tələbələrimizin məmnuniyyətini sizlərə bildirmək istəyirik. Sizləri həm sərfəli həm də xüsusi proqram və metodika ilə keçirilən dərslərin keyfiyyəti ilə yaxından tanış olmağa dəvət edirik.
Müəllimlərimiz haqqında:
İngilis dili və kompüteri tədris edən müəllimlərimin hər biri ixtisası üzrə ali təhsilli və peşəkar müəllimlərdir. Biz müəllimlərimizin savadı və peşəkarlığına tam zəmanət veririk. Lakin mərkəzimizdə tələbələrimizə fərdi yanaşma mövcud olduğu üçün ilk dərs hər zaman olduğu kimi sınaq dərsi olaraq təşkil ediləcək.
Dərslərin təşkili:
"İngilis dili+ Kompüter" kampaniyası ilə qeydiyyatdan keçən tələbələr üçün ingilis dili dərsləri və kompüter ayrı ayrılıqda həftədə 3 dəfə 1 saat olaraq tədris ediləcəkdir. Sonda hər iki kursu bitirən tələbələrimizin nəticəsinə uyğun Beynəlxalq Sertifikat təqdim ediləcək.
Qeydiyyatdan keçməyə tələsin!
Sənin seçimin, sənin kursun!