İspan dili öyrənək
08.12.2024
İspan dili öyrənək

İspan dili

İspan dili latın dilləri ailəsindən olan bir dildir. Dünyanın 21 ölkəsində rəsmi dil olaraq qəbul edilir. Bundan başqa ABŞ-da rəsmi dil olaraq qəbul edilməsə belə, ispan dili ingilis dilindən sonra 2-ci ən çox istifadə olunan dildir.

Dünyada ispan dilini ana dili kimi danışan əhalinin sayı 486 milyondan çoxdur. Bu göstəriciyə görə ispan dili Çin dilindən sonra 2-ci yerdədir. Bundan başqa 74 milyondan çox insan ispan dilini 2-ci dil olaraq danışır. Bu da ümumilikdə dünyada ispan dilli əhalinin sayını 560 milyondan çox edir. İspan dili bu göstəriciyə görə isə ingilis, Çin və hind dillərindən sonra 4-cü yerdədir.

İspan dilli ölkələrin əksəriyyəti Mərkəzi və Cənubi Amerika ölkələridir. Ən çox ispan dilli əhali Meksikada (127 milyondan çox) yaşayır. Bu siyahıda Meksikanı 2-ci yerdə 55 milyondan çox ispan dilli əhali ilə ABŞ izləyir. Növbəti yerləri uyğun olaraq Kolumbiya (50 milyondan çox), İspaniya (46 milyondan çox) və Argentina (44 milyondan çox) tutur.

İspan dilinin zənginliyi:

İspan dili dünyanın müxtəlif ölkələrində danışıldığı üçün zamanla dəyişikliyə məruz qalmışdır. Bu səbəbdən ispan dili hər bir ölkədə özünəməxsus ləhçə ilə danışılır. Bu fərq özünü sözlərin tələffüzündə və ya bəzi sözlərin fərqli olmasında göstərir. Buna baxmayaraq müxtəlif ölkələrdən olan ispan dilli insanlar bir-birlərini rahat şəkildə başa düşürlər.

İspan dilinin tələffüz fərqinə görə 3 əsas ləhçəsi var. Bunlar Avropa ispancası, Meksika ispancası və Argentina ispancasıdır.

ispan dili öyrən

İspan dilini öyrənməyin üstünlükləri:

İspan dilini bilməklə siz dünyanın bir çox ölkəsinə sərbəst şəkildə səyahət edə biləcəksiniz. Bu ölkələrin əksəriyyəti turistik ölkələr hesab olunurlar. Bu səbəbdən səyahəti sevənlər və ya turizm sahəsində işləyənlər üçün ispan dili kurslari əvəzolunmazdır.

İspan dilini bilməklə siz həmçinin ispan dilində yazılmış ədəbiyyat nümunələrini sərbəst şəkildə oxuya və ispanca olan filmləri izləyə biləcəksiniz.

İspan dilini öyrənməklə siz həmçinin gələcəkdə fransız, italyan, portuqal dilləri kimi digər latın mənşəli dilləri öyrənməkdə işinizi asanlaşdırmış olacaqsınız. İspan dilini bilən şəxslər bu dilləri çox qısa zamanda öyrənə bilirlər.

İspan dilli ölkələrdə təhsil almaq və ya yaşamaq istəyənlər üçün də ispan dili əvəzolunmazdır. Bu ölkələrin əksəriyyəti öz iqlimi və mədəniyyəti cəhətdən seçilən ölkələrdir.

İspan dilini öyrənməyin ən sürətli yolu:

İspan dilini ən qısa müddətdə öyrənmək üçün hər gün müntəzəm şəkildə bu dillə məşğul olmaq lazımdır. Müəllim ilə hazırlaşan tələbələrdə bu müddət daha qısa çəkir. Çünki təkbaşına öyrənən tələbələr mövzuları hansı ardıcıllıqla öyrənəcəklərini çox vaxt bilmirlər.

Müəllim ilə öyrənilən mövzuları daha sonra ispan dilli kitablar oxumaqla və filmlər izləməklə daha da möhkəmləndirmək lazımdır. Gündəlik şəkildə bu dili eşitmək və istifadə etmək ən sürətli öyrənmə üsuludur.