JALAL-I kimdir?
11.06.2025
JALAL-I imdir?

25 ilin zirvəsi

Hər bir adın bir hekayəsi, hər bir yolun bir başlanğıcı var. “JALAL-I” – sadəcə bir tədris mərkəzinin adı deyil, düşüncənin, zəkanın, zəhmətin və maarifçiliyin rəmzidir. Bu ad, öz köklərini həm milli-mədəni irsdən, həm də çağdaş təhsil prinsiplərindən alan bir yanaşmanın daşıyıcısıdır.

25 İl əzmlə, sevgi ilə, təhsilə həsr olunmuş həyat! 

2000-ci ildə cəmi bir neçə masa, böyük xəyallar və saf niyyətlə başlayan yol, bu gün yüzlərlə uğur hekayəsinin mərkəzinə çevrilib. Bəziləri burada ilk dəfə xarici dildə danışmağın sevincini yaşadı, bəziləri ilk dəfə bir proqramı açıb “bacarıram!” deməyin gücünü hiss etdi, bəziləri isə sadəcə inandı… özünə, gələcəyinə və bizə. Bu illər ərzində hər dərs bir ümid, hər tələbə bir hekayə, hər uğur bizim qürurumuz oldu. Müxtəlif dillərdən tutmuş dizayn və kompüter proqramlarına qədər geniş kurs seçimləri ilə minlərlə insanın bacarıq və biliklərini artırmasına dəstək olduq.Təcrübəli müəllim heyətimiz, yenilənən tədris metodikası və tələbəyönümlü yanaşmamız bizi bu günə gətirdi.

Bəs, JALAL-I kimdir?

JALAL-I maarifə könül verən, gənclərin potensialını kəşf edən, gələcəyi təhsillə qurmaq istəyən hər bir müəllim, şagird və valideynin simvoludur.
Biz, sadəcə dərs keçmirik – düşünməyi, sual verməyi, cavab axtarmağı, özünü tanımağı öyrədirik. Mərkəzimizdə hər bir tələbə bizim üçün şəxsiyyətdir – unikal bacarıqları olan, fərdi yanaşma tələb edən bir şəxsiyyət.

JALAL-I kimdir

JALAL-I keçmişin dəyərləri ilə gələcəyin bacarıqlarını birləşdirən bir körpüdür.

Milli-mənəvi dəyərlərimizə sadiq qalaraq eyni zamanda yenilikləri ilə təhsilə və tələbələrin gələcəyinə yön verən bir tədris mərkəzisidir. Bəlkə də sən də özündə bir dəyişiklik axtarırsan. Yeni dil öyrənmək, karyerana yön vermək, uşaqlıq arzusunu gerçəkləşdirmək istəyirsən…O zaman doğru yerdəsən.

JALAL-I – düşünən, öyrənən və öyrədən bir şəxsiyyətin rəmzidir.

Bizim üçün JALAL-I hər bir müəllimin, hər bir şagirdin və hər bir valideynin içindəki axtarış ruhudur. Bu ruh daim inkişaf etmək, dərinləşmək, savadlanmaq və faydalı olmaq istəyilə yaşayır. JALAL-I– milli köklərə bağlı, çağdaş dünyaya açıq bir təhsil modeli təqdim edir.
Biz Jalali Tədris Mərkəzində inanırıq ki, təhsil yalnız bilgi ötürmək deyil, şəxsiyyət formalaşdırmaqdır. Dərs otaqları bizim üçün sadəcə sinif deyil – bir öyrənmə laboratoriyasıdır. Burada hər bir tələbə fərd olaraq tanınır, hər bir bacarıq qiymətləndirilir, hər bir sual diqqətlə dinlənir və cavablandırılır.

JALAL-I

JALAL-I – maarifçiliyi missiya bilənlərin yoludur.

Bu yol təkcə bilik verməklə kifayətlənmir – həm də dəyər verməyi, məsuliyyət aşılamağı və vətəndaşlıq ruhu formalaşdırmağı özündə ehtiva edir. Biz öyrədirik ki, bilik azadlıq gətirər, düşüncə cəsarət qazandırar və təhsil gələcəyin əsasını qurur.

Biz, inanırıq ki, təhsil bir nəfərlə yox, bir toplumla inşa edilir. Buna görə də biz təkcə fənn bilikləri vermirik – dəyərlər, düşüncə tərzi və həyat bacarıqları öyrədirik. Hər bir şagirdin potensialını kəşf edib onu düzgün istiqamətləndirmək bizim əsas hədəfimizdir. Bizə görə, hər uşaq unikal bir aləmdir. JALAL-I isə o aləmi sevgi ilə kəşf edən maarif yolçusudur.

JALAL-I öz köklərinə bağlı, amma üfüqləri genişdir.
Biz milli-mənəvi dəyərlərimizi qoruyaraq müasir təhsil metodlarını tətbiq edirik. Gələcək nəsilləri formalaşdırmaq üçün həm keçmişin hikmətinə, həm də gələcəyin texnologiyasına arxalanırıq.  Bu 25 ildə dəyişməyən bir şey var: insana və təhsilə olan sevgimiz.
Bizimlə birlikdə bu yola çıxan hər kəsə sonsuz təşəkkür edirik – müəllimlərimizə, tələbələrimizə və bizə inanan hər bir şəxsə.

25 il — bir başlanğıc deyil, daha böyük zirvələrə doğru yeni bir mərhələnin başlanğıcıdır!

JALAL-I olmaq – sadəcə bir ad altında toplanmaq deyil. Bu, bir məsuliyyətdir. Bu məsuliyyətin adı təhsilə inam, insana dəyər, gələcəyə ümid deməkdir.

Sən də gəl və bu uğur hekayəsinin bir parçası ol..