
Mühasibatlıq haqqında
Dövlət və ya özəl müəssisə olmasından asılı olmayaraq demək olar bütün müəssisələrin təcrübəli mühasiblərə ehtiyacı vardır. Mühasib kimdir? Mühasib nə iş görür? Bir müəssisədə mühasibin olmasının nə kimi üstülünlüyü var? Gəlin bu sualları birlikdə cavablandıraq.
Maliyyə hər bir müəssisənin başlıca və ayrılmaz hissəsidir. Və onun düzgün idarə olunması müəssisənin gələcək inkişafını təmin edən başlıca amillərdəndir. Mühasib müəssisədə hər şeyi mühafizə edən və artıran əsas şəxsdir. Hər mühasibin özünəməxsus iş prinsipi olmasına baxmayaraq, bir şey qeyd etmək lazımdır ki, mühasib qanunvericiliyə uyğun şəkildə sistemli işləməyi bacarmalıdır. Mühasib daim özünü təkmilləşdirən, yeni texnologiyalardan istifadə etməyi bacaran şəxs olmalıdır. Belə olduğu təqdirdə maliyyənin idarə olunması prosesi daha aktiv və əhatəli şəkildə həyata keçiriləcəkdir.
Mühasibatlıqda öyrənilir:
Balans bərabərliyi,maliyyə bərabərliyi,müəsisənin yaradılması,əsas vəsaitlər,amortozasiya,təmir,icarə,yenidənqiymətləndirmə, material istehsalı ehtiyyatlarının uçot metodları,istehsalat,inventarizasiya,vergi ödəyici olmayan şəxslər,NKA,mənbə sənədləri,işçinin işə qəbulu,xitam,əməkhaqqının hesablanması(dövlət və özəl müəsisə,fərdi sahibkar üçün),məzuniyyət(əsas və əlavələr),ezamiyyə,xəstəliyə görə müavinət.
Vergi Uçotu:
(vergi növləri,hesablanması,bəyannamələr(cari,dəqiqləşmiş,analoji),vergi borcunun ödənilməsi,riskli vergi ödəyicisi,e-taxes.gov.az/da işləmə.)
1C Proqramı:
Müəsisənin yaradılması,uçot siyasətinin qurulması,kontragentlərin yaradılması,qaimə-fakturanın,sifarişin,üzləşdirmə aktının hazırlanması,alqı-satqı əməliyyatlarının aparılması,bank-kassa əməliyyatlarının aparılması,istehsalat prosesinin işlənilməsi,əsas vəsaitlər,qeyri-maddi aktivkərin alınması,uçotu,silinməsi,verilməsi,kadr uçotu,əməkhaqqı,dövriyyə-balans cədvəlinin qurulması,büdcənin,alqı-satqının,satışın plan-fakt analizinin qurulması,əməliyyat jurnalının yığılması,hesabların analizi.
2018-ci ildə mühasibat uçotu haqqında qanunda edilmiş dəyişikliklərlə birgə dilimizə peşəkar mühasib anlayışı da gəlmişdir. Peşəkar mühasib "peşəkar mühasib" sertifikatına və peşəkar mühasib təşkilatına üzv olan şəxsdir. Peşəkar mühasib müəssisədaxili məsələlərin həll edilməsi və problemli maliyyə məsələlərinin idarə olunmasında da xüsusi rol oynamalıdır. Hazırda mərkəzimizdə bu imtahana hazırlıq kursu da tədris edilir.
Hər hansı müəssisədə mühasib olaraq fəaliyyət göstərmək üçün həmin ixtisas üzrə bakalavr və ya magistratura təhsilinin olması zəruri şərt deyil. Azərbaycan dili və ya tarix, fizika, riyaziyyat və s. ixtisasından asılı olmayaraq hər bir şəxs mühasib olaraq istənilən dövlət və özəl müəssisədə fəaliyyət göstərə bilər. Bunun üçün sadəcə olaraq mühasibatlıq kursunu uğurla başa vuraraq bir mühasib kimi formalaşmaq kifayət edə bilər. Çünki bu günümüzdə bilik, təcrübə bu sahə üzrə diplomun olmasından daha üstün hesab olunur.
JALAL-I sizi 4 aylıq mühasibat kursu proqram müddətində bir mühasib kimi formalaşdırır və kursun sonunda imtahan nəticənizə əsaslanaraq sizə BEYNƏLXALQ SERTİFİKAT təqdim edir. Hansı ki, dövlət və ya özəl müəssisə olmasından asılı olmayaraq bütün müəssisələrdə tam etibarlıdır.