
Peşəkar karyeraya aparan yol
Mühasibatlıq bütün dövrlərdə ən aktual və vacib sahələrdən biri olumuşdur. Çünki istənilən müəssisənin, şirkətin və ya fərdi sahibkarın düzgün fəaliyyət göstərməsi üçün maliyyə uçotu şəffaf və qaydalara uyğun aparılmalıdır. Bu səbəbdən də mühasib olmaq həm sabit gəlirli, həm də daim ehtiyac duyulan peşələrdən biridir. İstər öz biznesinizdə maliyyə idarəsini aparmaq, istərsə də böyük şirkətlərdə karyera qurmaq istəyirsinizsə, mühasib olmaq sizin üçün ən doğru seçim ola bilər. Ancaq hər bir peşə kimi mühasibat sahəsinə də doğru addımlarla başlamaq lazımdır.
Uğurlu mühasib olmaq üçün ilk addımların düzgün atılması çox vacibdir. Gəlin birlikdə bu peşəyə başlamaq üçün əsas mərhələləri nəzərdən keçirək.
1. Mühasibatlığın əsaslarını öyrənin
Mühasib olmaq üçün ilk olaraq maliyyə uçotunun ilkin anlayışları yəni əsas prinsipləri ilə tanış olmaq lazımdır. Aktivlər, passivlər, gəlir, xərclər, balans və maliyyə hesabatları kimi anlayışları bilmədən bu sahədə uğur qazanmaq mümkün deyil.
2. Vergi və qanunvericilik biliyinə sahib olun
Mühasib yalnız hesab aparmaqla kifayətlənmir, o, həm də qanunlara uyğun hərəkət etməlidir. Vergi Məcəlləsi, əmək qanunvericiliyi və digər maliyyə hesabatı qaydaları mühasibin əsas iş alətlərindən biridir. Bu biliklərsiz aparılan mühasibat uçotu hər zaman riskli ola bilər.
3. Praktiki bacarıqlara yiyələnin
Ən uğurlu mühasiblər yalnız nəzəriyyəni bilənlər deyil, həm də müasir proqramlarda işləmə bacarığına sahib olanlardır. Xüsusən 1C Mühasibat proqramı və Excel bu sahədə ən çox istifadə olunan vasitələrdəndir. Bu proqramları öyrənmək sizi əmək bazarında daha üstün mövqeyə gətirəcək.
4. Təcrübə qazanın
Mühasibatlıqda təcrübə ən böyük üstünlüklərdən biridir. Kiçik layihələrdə, praktik məşğələlərdə və ya kurslarda gördüyünüz işlər gələcəkdə real iş mühitinə uyğunlaşmağınızı asanlaşdıracaq.
5. Peşəkar kurslarda iştirak edin
Öz-özünə öyrənmək mümkündür, amma hər zaman kifayət qədər səmərəli olmur. Təcrübəli mütəxəssislərin tədris etdiyi mühasibat kursu sizə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazandırır. Kurslarda öyrəndiklərinizi tətbiq etmək imkanı isə sizi işə daha tez hazırlaşdırır.
JALAL-I Tədris Mərkəzində Mühasibat Kursu
Əgər siz də “Mühasib olmaq üçün ilk addımlar”ı atmaq istəyirsinizsə, JALAL-ITədris Mərkəzi bu yolda ən düzgün seçimdir. Tədris mərkəzində keçirilən Mühasibat kursu sizə aşağıdakı imkanları təqdim edir:
Mühasibat uçotunun əsasları – bütün terminlər və anlayışlar praktiki nümunələrlə izah olunur.
Vergi və əmək qanunvericiliyi – tələbələr real qanunvericilik bazası ilə işləməyi öyrənirlər.
Proqram bacarıqları – 1C və Excel-də hesabatların hazırlanması, əməliyyatların aparılması.
Praktiki məşğələlər – yalnız nəzəriyyə deyil, real tapşırıqlar və iş proseslərinə uyğun simulyasiyalar.
Təcrübəli müəllimlər – illərin təcrübəsinə sahib mühasiblərdən bilik alma imkanı.
Kursun sonunda tələbələr beynəlxalq sertifikat əldə edir, nəzəri və praktiki biliklərlə real iş mühitində işləməyə tam hazır olur.
Mühasib olmaq üçün ilk addımlar düzgün istiqamətdə atılmalıdır: əsas biliklər, qanunvericilik, praktiki bacarıqlar və təcrübə. Bütün bunları isə peşəkar kurs vasitəsilə daha tez və asan öyrənmək mümkündür.
JALAL-I Tədris Mərkəzinin Mühasibat kursu sizə qısa zamanda həm nəzəri, həm də praktiki biliklər qazandıraraq iş həyatına hazırlaşdıracaq.

Fransız dilini niyə bilməliyəm

JALAL-I tələbələrin məqsədlərinə necə çatmasına kömək edir

Dizayn sahəsində karyeraya necə başlamaq olar

Və bu səhvlərdən necə qaçmaq olar

JALAL-I kursu haqqında

Azərbaycan dili

Kiber təhlükəsizlik

IELTS dərsləri