Özünə inamı necə artırmaq olar
İnsanın həyat keyfiyyətinə birbaşa təsir edən başlıca amillərdən biri də insanın özünə olan inamıdır . Güclü özünə inam həm işdə , həm təhsildə , həm də şəxsi münasibətlərdə öz təsirini göstərir . Lakin özünə inam doğulanda verilən xüsusiyyət deyil. Onu zaman keçdikcə formalaşdırmaq , möhkəmləndirmək və inkişaf etdirmək mümkündür . İnsan özünə güvəndikcə dahacəsarətli qərarlar verir , hədəflərinə doğru inamla addımlayır və qarşısına çıxan çətinliklərdən qorxmadan keçir .
Özünə inamı artırmağın ən təsirli metodları
1 . Özünü tanımaq və güclü tərəfləri kəşf etmək
Özünə inamın təməli özünü tanımaqdan , güclü və zəif tərəflərini bilməkdən başlayır . İnsan özünü tanımadıqda öz dəyərini tam anlamaqda çətinlik çəkir . Öz bacarıqlarınızı, güclü tərəflərinizi yazmaq həm özünü dərk etməyə həm də psixoloji gücü artırmağa kömək edir . Güclü tərəflərinizi müəyyənləşdirməklə yanaşı , zəif tərəflərinizi də qəbul edib , onları inkişaf etdirmək lazımdır .
2 . Kiçik addımlarla başlamaq
Özünə inam bir dəfəlik böyük addımlarla formalaşmır . Kiçik amma davamlı uğurlar insanı daha çox motivasiya edib , böyük dəyişikliklərə səbəb olur . Məsələn , hər gün müəyyən bir tapşırığı yerinə yetirmək , yeni bacarığı hər gün biraz daha inkişaf etdirmək və ya gündəlik məqsədlər təyin edib ona sadiq qalmaq insana özünü daha güclü və uğurlu hiss etdirir . Kiçik nailiyyətlərin beyinə göndərdiyi “ məndə alınmır “ siqnalı inamı təbii şəkildə gücləndirir .
3 . Mənfi düşüncələri nəzarətdə saxlamaq
Özünə inamı ən çox zədələyən amil daxili mənfi dialoqlardır . “mən bacarmıram “ , “ alınmayacaq “ , “ başqaları məndən daha yaxşıdır “ bu kimi fikirlər insanın özünə inamını və potensialını məhdudlaşdırır . Bu düşüncələri daha müsbət cümlələrlə əvəz etmək vacibdir . Düşüncələriniz dəyişdikcə həyatınız və özünüzə münasibətiniz də dəyişəcək .
4 . Konkret hədəflər qoymaq
Motivasiyanın əsas mənbəyi hədəflərdir, Hədəflər nə qədər konkret və kiçik olarsa ona çatmaq da bir o qədər asandır, Hər əldə edilən uğuru qeyd etmək isə motivasiyanı artırmaqla yanaşı, özünə inamı da gücləndirir . Nəticədə növbəti hədəflər üçün insanı ruhlandırır .
5 . Fiziki aktivlik və özünə qayğı
Özünə inamı artırmaq üçün hədəf qoymaq, düşüncəni dəyişmək kifayət deyil. Bütün bunlarla yanaşı, mütəmadi idmanla məşğul olmaq, düzgün qidalanmaq və özünə qayğı göstərmək də vacibdir. Çünki bədən və ruh bir - biri ilə sıx bağlıdır. Səliqəli görünüş belə özünə inamın yüksəlməsində ciddi rol oynayır .
Özünə inam bir prosesin nəticəsidir . Müsbət düşüncə, nizamlı həyat tərzi, gündəlik kiçik uğurlar və ən əsası yeni təcrübələr insanın özünə olan inamını zamanla möhkəmləndirir . Bu metodları səbrlə ardıcıl tətbiq etdikdə həm iş , həm də şəxsi həyatınızda özünüzün yüksək motivasiyalı, daha güclü və daha cəsarətli bir versiyanızı formalaşdırmış olacaqsınız. Unutmayın ki, özünüzə olan inamınız düşüncələrinizi, düşüncələriniz isə həyatınızı formalaşdırır .
General English və Business English haqqında məlumat
Çin dili niyə öyrənməliyəm
Fransız dilini niyə bilməliyəm
JALAL-I tələbələrin məqsədlərinə necə çatmasına kömək edir
Dizayn sahəsində karyeraya necə başlamaq olar
Mühasib olmaq üçün ilk addımlar nələrdir?
Və bu səhvlərdən necə qaçmaq olar
JALAL-I kursu haqqında