Rus dili öyrənmək
10.09.2024
Rus dili öyrənmək

Rus dili öyrənmək

Rus dili Baltik-slavyan dil ailəsinin ən geniş yayılmış dilidir. Buna görə, rus dilini öyrənməklə siz dolayı yolla bu dil qrupunun digər dillərinə toxunursunuz. Ukrayna, Çex, Slovak, Polyak və Bolqar kimi dilləri öyrənmək  sizin üçün daha asan olacaq.

Gəlin ondan başlayaq ki, rus dili çoxəsrlik tarixə və çox zəngin mədəniyyətə malik ən böyük ölkənin dövlət dilidir. Bu dil Belarus, Qazaxıstan və Qırğızıstanın da rəsmi dilidir. Planetdə ən çox yayılmış 10 dil arasında 8-ci yerdədir. Rus dilini bilmək sizə MDB ölkələrində olarkən özünüzü daha inamlı hiss etmək imkanı verəcək.

Rus dilini öyrənmək

Rus dilini öyrənən bir çox tələbə onun tarix və ədəbiyyatdakı zəngin irsinə maraq göstərərək səyahətə başlayır. Dili bilməklə rus ədəbiyyatını orijinalda oxumaq imkanınız olacaq, çünki heç bir tərcümə, hətta ən layiqlisi belə ədəbi əsərlərin bütün gözəlliyini və dolğunluğunu çatdıra bilmir. Rus dilini bilmək sizə romanların, poeziyaların, pyeslərin, musiqilərin və filmlərin zənginliyinə məhdudiyyətsiz giriş imkanı verəcək, onlardan əsl mənaları ilə təmiz və orijinal formada həzz ala bilərsiniz. Çünki A.S.Puşkin, M.Y.Lermontov, A.P.Çexov və bir çox başqa dünya şöhrətli yazıçılar öz əsərlərini bu dildə yaradıblar.

Halbuki dil təkcə vasitə deyil, həm də insanın formalaşdığı və yaşadığı mühitdir, yəni dil vasitəsilə ünsiyyət dairənizi genişləndirə, həyat keyfiyyətini yüksəldə bilərsiniz.

Rus dilini bilmək sizə beynəlxalq əmək bazarında üstünlüklər verəcək. Rus dili 17 ölkədə rəsmi dildir və bir çox beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də iş statusuna malikdir.

Rus dilini JALAL-I rus dili kurslarımızda öyrənin və qərarınızdan heç vaxt peşman olmayacaqsınız! Bu sizə təkcə zövq deyil, həm də böyük fayda gətirəcək. Xərclənən bütün vaxt və vəsait yaxın gələcəkdə öz bəhrəsini verəcək və qərarınızın düzgünlüyünə dəfələrlə əmin olacaqsınız.

Mərkəzimizin yüksək təcrübəli müəllimləri tədris prosesinə diqqətlə yanaşacaq və siz arzuladığınız nailiyyətə necə çatdığınızın fərqində olmadan uğur qazanacaqsınız. “Biliyə aparan yol zəhmətdir.”-tanınmış Britaniya yazıçı Corc Bernaud Şounun sözləri.