
Rus dilini öyrənərkən səhvlərdən necə qaçmaq olar
Rus dili öyrənmək həm həyəcanverici, həm də çətin bir proses ola bilər. O haldaki rus dilini öyrənənlər düzgün metodan istifadə etmədikdə. Bir çox tələbə bu dili öyrənərkən oxşar səhvlər edir və bu da inkişaf tempini zəiflədir. Gəlin, rus dili öyrənənlərin ən çox etdiyi 10 səhvə və onları necə aradan qaldıra biləcəyinizə nəzər salaq.
1. Qrammatikanı nəzərdən qaçırmaq
Çoxları əvvəlcə yalnız söz əzbərləməyə fokuslanır, amma rus dilinin mürəkkəb qrammatika qaydaları öyrənilmədən irəliləyiş çətin olur.
2. Tələffüzə diqqət etməmək
Rus sözlərinin düzgün tələffüzü ünsiyyətin əsas hissəsidir. Səhv vurğu və səs tələffüzü anlamı tam dəyişə bilər.
3. Sadəcə tərcümə ilə öyrənmək
Sözləri ana dilinizə tərcümə edərək öyrənmək sizi kontekstli düşünməkdən uzaqlaşdırır. Sözləri rusca cümlələrdə öyrənin.
4. Danışıq təcrübəsini gecikdirmək
Sadəcə yazılı məşqlər etmək və danışıqdan qorxmaq çox yayılmış səhvdir. İlk gündən danışmağa çalışın.
5. Səhv etməkdən qorxmaq
Səhvlər öyrənmənin təbii hissəsidir. Rus dili öyrənərkən səhv etməkdən utanmayın, əksinə, onlardan öyrənin.
6. Qeyri-müntəzəm tədris
Dili öyrənmək üçün davamlılıq əsasdır. Gündə az da olsa təkrarlamaq sürətli inkişaf təmin edir.
7. Dinləmə bacarığını nəzərə almamaq
Dinləmə və eşitmə təcrübəsi olmadan anlama bacarığı zəif inkişaf edir. Rusca podkastlar, mahnılar və filmlər izləyin.
8. Söz ehtiyatını məhdud saxlamaq
Sadəcə dərs kitabındakı sözlərlə kifayətlənmək, danışığınızı zəif saxlayar. Mövzulara uyğun yeni sözlər öyrənin.
9. Mədəni konteksti nəzərə almamaq
Dil yalnız sözlər deyil, mədəniyyətlə bağlı biliklər də tələb edir. Rus mədəniyyətinə dair məlumat öyrənmək sizi daha anlaşılan edər.
10. Özünü motivasiyasız buraxmaq
Motivasiya azaldıqda öyrənmə də dayanır. Hədəflər müəyyənləşdirin, nailiyyətlərinizi izləyin və özünüzü mükafatlandırın.
Bir dili yaxşı öyrənə bilmək üçün o dili yaşamağınız gərəklidir. Yəni gündəlik həyatınızın hər yönündə istifadə etməlisiniz. Bu dildaşıyıcısı olan insanlarla davamlı danışmaq və müxtəlif mövzularda söhbətlər etməlisiniz ən əsası yuxarda qeyd edilən səhvləri etməməlisiniz.
Bu 10 səhvdən uzaq durmaqla siz rus dili öyrənmə prosesinizi sürətləndirə və daha etibarlı danışıq bacarığına sahib ola bilərsiniz. Əgər siz də rus dili kursu axtarırsınızsa, mərkəzimiz təcrübəli müəllimlərlə müntəzəm dərslərlə bu dili öyrənmənizi asanlaşdıracaq.