Sürücülük məktəbi
Sürücülük məktəblərinin əhəmiyyəti nədir?
Gündəlik həyatımızda tez-tez yollarda baş verən qəzalara şahid oluruq. Bu qəzalar ən yaxşı halda maddi zərərlə nəticələnir, ən pis halda isə ölümlə sonlanır. Şübhəsiz ki, qəzaların baş vermə səbəblərindən ən əsası sürücülərin yol hərəkəti qaydalarından xəbərdar olmaması və ya bu qaydaları düzgün formada anlamamasıdır. Yol mədəniyyətinə sahib olmaq sizi ehtimal olunan qəzalardan qorumaqla yanaşı, günü-gündən dəyişən, təkmilləşən yol infrastrukturuna uyğunlaşmaqda sizə yardımçı olacaqdır.
Sürücülük məktəblərinin təşkili bu səbəbdən əhəmiyyətlidir. Məsələn, bildiyimiz kimi son illərdə xüsusən paytaxtımızda salınan avtobus zolaqları bir çox sürücülərin başına bəla olmuşdur. Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqdan digər nəqliyyat vasitələri tərəfindən istifadə qaydalarını və ya avtobus zolağı olan yola dönmə qaydalarından bixəbər olan sürücülər külli miqdarda cərimələnirlər. Bəzən isə avtobus zolağı nişanı ilə birgə işlənən qüvvədə olma müddəti nişanının mahiyyətindən xəbərsiz sürücülər günün müəyyən saatlarında hədər yerə uzun müddət tıxaclarda qalmağa məhkum olurlar. Halbuki qaydaları bir dəfə öyrənməklə sürücülər həm cərimələrdən qurtula bilər, həm də gedəcəkləri məkana vaxtında çata bilərlər. Sürücülük məktəblərində peşəkar təlimçilər tərəfindən bu qaydalar ən yüksək səviyyədə izah olunur.
Başqa bir misal tramvay yollarından istifadə ilə bağlıdır. Məlum olduğu kimi Bakı şəhərinin 2040-cı il baş planında şəhərin bəzi yerlərində tramvay yollarının çəkilməsi nəzərdə tutulmuşdur. Bildirmək lazımdır ki, yol hərəkəti qaydalarının müəyyən qismi məhz tramvay yolları ilə bağlıdır.
Buna misal olaraq sola və ya geriyə döndükdə müəyyən şərtlərdən asılı olaraq eyni istiqamətli tramvay xəttində mövqe tutaraq və ya olduğumuz hərəkət zolağından manevretmə qaydaları, tramvayların hərəkəti nəzərdə tutulmuş yol sahələrində yolayrıcılarının keçilməsi qaydalarını və s. göstərmək olar. Təbiidir ki, qaydaları bilməyən sürücülər öncəki misalda göstərdiyimiz kimi bu cür infrastruktura öyrəşməkdə çətinliklə üzləşəcək və hər dəfəsində ən yaxşı halda cərimə ödəməyə məhkum olacaqlar.
Sürücülük məktəblərinin təşkili
Bizim kurs olaraq sürücülük məktəbini təşkil edərkən əsas vəzifəmiz yol mədəniyyətinə sahib, yol hərəkəti qaydalarının incəliklərinə dərindən bələd sürücülər yetişdirməkdir. Təqribən 40 günlük tədris müddətində siz təmin etdiyimiz tədris vəsaitləri, test toplusu ilə sürücülük imtahanının nəzəriyyə hissəsinə tam şəkildə hazır olacaqsınız, bununla yanaşı sürücülük məktəbindən şəhadətnamənin əldə edilməsində sizə köməklik göstəriləcəkdir.
Onu da qeyd edək ki, ilk cəhddən suruculuk mektebi imtahandan keçilməməsi halında siz digər qruplarla keçilən dərslərdə ödənişsiz iştirak edərək biliklərinizi yeniləmək fürsətinə sahib olacaqsınız. Elə isə vaxt itirmədən sizi özünüzün və yol hərəkətinin digər iştirakçılarının təhlükəsiz yol şəraitinə malik olmasına tövhə verməkdə bizlərə qoşulmağa çağırırıq.
Dizayn kursları Bakida
Rus dili öyrənmək
İnteryer dizayner kurslari
Business English kursu
Bakıda ingilis dili
Tədris mərkəzləri
İngilis dilini necə öyrənmək olar: məsləhətlər və praktiki metodlar
General English haqqında