Tələbə endirimi
08.12.2024
Tələbə endirimi

Tələbə endirimi kampaniyası

Tələbə endirimi kampaniyası mərkəzimizdə hər zaman aktiv olan bir kampaniyadır. Təhsildə həmişə gənclərə dəstək olmaq üçün əlindən gələni əsirgəməyən JALAL-I Tədris Mərkəzi tələbələrin sərfəli ödənişlə ən yüksək təhsil keyfiyyətini təmin edir. Müddətli kampaniyalarla yanaşı mərkəzimizdə müddəti olmayan kampaniyalar mövcuddur. Belə ki, istədiyiniz zaman tələbə kartınızla birlikdə mərkəzimizə gəlib, istədiyiniz kurs üçün 20% tələbə endirimi kampaniyasından istifadə edə bilərsiniz.

Bizim üçün əhəmiyyətli olan siz gəncləri istər iş istərsə də cəmiyyət həyatında daha aktiv, uğurlu, peşəkar görməkdir. Bizim məqsədimiz Azərbaycan gənclərinin uğurlarında kiçik də olsa bir payımızın olmasıdır. Bu yolda fəaliyyətimizə siz gənclərin önündəki maneləri qaldırmaqla başlamaq istədik.

Tələbə endirimi kampaniyasına daxil olan kurslar:

✅ Xarici dil kursları

✅ Kompüter kursları

✅ Dizayn (interyer/qrafik)

✅ IT

✅ Web Proqramlaşdırma

✅ Kiber təhlükəsizlik

✅ Mühasibatlıq/ 1C

✅ HR ( İnsan Resusları) 

✅ SMM

✅ SolidWorks 

Tələbə endirimi

Mərkəzimizdə kurslar yüksək keyfiyyətlə, əyani və onlayn formatda tədris edilir. Dil kurslarının tədrisi xüsusi proqram və metodikaya əsaslanır. Tələbə endirimi kampaniyasından istifadə edərək xarici dili bizimlə ən asan, keyfiyyətli və sərfəli şəkildə öyrənə bilərsiniz. Mühəndislik, memarlıq sahəsində təhsil alan tələbələr üçün mühəndislər tərəfindən tədris edilən İnteryer dizayn kurslarımızı tövsiyyə edirik.

Tələbə endirimi kampaniyasından istifadə edərək seçdiyiniz ixtisaslarda və ya dil kurslarında təkminləşmək üçün kurslarımıza qoşula bilərsiniz. Hər kursun sonunda imatahanının nəticəsinə uyğun Beynəlxalq Serifikat təqdim edilir. Hansı ki, həm dövlət müəssisələri həm özəl təşkilat və şirkətlərdə tam etibarlıdır.

Tələbə endirimi kampaniyası bütün filiallarımızda keçərlidir. Sizə ən yaxın ünvanı seçin və tələbə kartınızla birlikdə mərkəzimizə buyurun. 

Mövzu siz gənclər olduğunda JALAL-I Tədris Mərkəzi olaraq maddi mənəvi hər zaman dəstəyimizlə yanınızdayıq.😊