
Work and Travel USA
Work and Travel USA proqramı tələbələrə yay tətili zamanı ABŞ-da işləmək, eyni zamanda Amerika mədəniyyətini tanımaq imkanı verən mədəni mübadilə təşəbbüsüdür.
Work and Travel J-1 Viza Mübadiləsi Ziyarətçi Proqramı çərçivəsində təşkil olunur və adətən universitet tələbələri üçün nəzərdə tutulub. Proqram tələbələrə ABŞ-a səyahət etmək, iş təcrübəsi qazanmaq və Amerika mədəniyyətinə qərq olmaq imkanı verir. Adətən bir çox ölkədə yay tətili ilə üst-üstə düşən may ayından sentyabr ayına qədər davam edir.
Work and Travel proqramı vasitəsi ilə siz yay tətilinizdə ABŞ dövlətində həm işləyib, həm də səyahət edə bilərsiniz. Proqram dünyanın müxtəlif ölkələrindən olan universitet tələbələrinə yay tətillərində dil biliklərini inkişaf etdirmək və pul qazanmaq imkanı verir.
Siz həmçinin bu proqram vasitəsi ilə Amerikada yay tətilinizi səmərəli və faydalı keçirə biləcək, dil biliklərinizi inkişaf etdirəcək, dünyanın dörd bir yanından olan tələbələrlə dostluq əlaqələri qura biləcəksiniz. Azərbaycan isə 2004-cü ildən etibarən bu proqrama qoşularaq ABŞ-a tələbə göndərməyə başladı.
Work and Travel proqramın əsas xüsusiyyətləri:
-
İş imkanları: Tələbələr əsasən xidmət sektorunda, məsələn, restoran, otel və əyləncə parklarında işləyirlər. İş saatları həftədə təxminən 35-40 saat təşkil edir və saatlıq əmək haqqı orta hesabla 7.5-9 ABŞ dolları arasında dəyişir. Bəzi hallarda əlavə iş saatları (overtime) da mümkündür ki, bu da əlavə gəlir deməkdir.
- Qazanc: Proqram müddətində tələbələr təxminən 5,000 ABŞ dolları qazana bilərlər. İkinci işlərdə işləyən tələbələrin qazancı isə 7,500-10,000 ABŞ dollarına qədər arta bilər.
- Səyahət imkanı: Proqramın sonunda tələbələr ABŞ-ın müxtəlif yerlərini səyahət edərək yeni yerləri kəşf edə bilərlər.
Work and Travel proqrama qəbul şərtləri:
-
Yaş məhdudiyyəti: 18-28 yaş arası olmaq.
-
Təhsil statusu: Ali məktəblərin birinin əyani şöbəsində tələbə olmaq. Sonuncu kurs tələbələrinin iştirakı məhdudlaşdırıla bilər.
-
Dil biliyi: Ən azı orta səviyyədə ingilis dili biliklərinə sahib olmaq.
-
Akademik göstəricilər: Ali məktəbdə normal akademik göstəricilərə malik olmaq.
Work and Travel proqramın üstünlükləri:
-
Dil bacarıqlarının inkişafı: ABŞ-da yaşayaraq və işləyərək ingilis dilində danışıq bacarıqlarınızı əhəmiyyətli dərəcədə inkişaf etdirə bilərsiniz.
-
Mədəni təcrübə: Fərqli mədəniyyətlərlə tanış olaraq qlobal dünyagörüşünüzü genişləndirə bilərsiniz.
-
Maliyyə qazancı: Qazandığınız gəlirlə həm proqram xərclərinizi qarşılayar, həm də əlavə pul yığa bilərsiniz.
-
Karyera üçün təcrübə: Xaricdə iş təcrübəsi qazanaraq gələcək karyeranız üçün dəyərli təcrübə əldə edirsiniz.
Müraciət prosesi:
-
Tələb olunan sənədlərin toplanması: Pasport, tələbə bileti, transkript və s.
-
İngilis dili biliyinin yoxlanılması: Bəzi təşkilatlar ingilis dili kurslari səviyyənizi yoxlamaq üçün imtahan təşkil edə bilər.
-
İş müsahibələri: ABŞ-dakı işəgötürənlərlə onlayn müsahibələr keçirilir.
-
Viza müraciəti: ABŞ səfirliyində J-1 vizası üçün müraciət edilir.
-
Səyahət hazırlıqları: Viza alındıqdan sonra səyahət planları hazırlanır.
Bu proqrama qoşularaq siz də həm dil biliklərinizi inkişaf etdirib, eyni zamanda karyeranız üçün təcrübə əldə edə bilərsiniz. Qeyd edildiyi üzrə əsas tələblərdən biri dil biliyinin olmasıdır.
Work and Travel proqramda iştirak etmək üçün tələb olunan dil biliyinizin inkişafını, 25 ilə yaxındır müxtəlif dilləri ən peşəkar müəllimlər tərəfindən tədris edən və dil kursları üzrə ixtisaslaşmış mərkəz olan JALAL-I Tədris Mərkəzinə etibar edə bilərsiniz.
Mərkəzimizdə istədiyinizi dili xüsusi proqram və metodika ilə ən qısa zamanda öyrənə bilərsiniz. Bununla yanaşı Conversation Clublar xarici müəllimlərin iştirakı ilə təşkil edilir və heç bir ödəniş etmədən iştirak edib, dil biliyinizin inkişaf etdirə bilərsiniz.