IELTS kursları

 30.10.19 | Kurslar

IELTS kursları



IELTS ingilis dili doğma dili olmayan insanların bu dili istifade səviyyəsini müəyyən etmək üçün ən geniş yayılmış testlərdən hesab olunur.
 
 
Əgər siz beynəlxalq səviyyəli təhsil almaq, yaxud ölkədən kənarda çalışmaq istəyirsinizsə, çox güman ki, sizin IELTS-ın dil sertifikatına ehtiyacınız olacaq.
 
 
Böyük Britaniya, Avstraliya, ABŞ, Avropa, Kanada və bir sıra başqa ölkələr təhsilə qəbul zamanı digər sənədlərlə yanaşı məhz bu sertifikatı tələb edir.
 
 
IELTS testinin verilməsi haqqında sənədi xaricdə 6000-ə yaxın tədris müəssisəsi tələb edir.
Bu universitetlərdə əsas tədris dili ingilis dilidir.

 
İşə düzəlmək üçün icazə alınan zaman IELTS sertifikatının olması həlledici amil ola bilər. İstənilən ölkədə işə düzələn zaman üstünlük dili yaxşı bilən namizədə verilir.
 
 
Əgər siz qarşınıza yüksək məqsədlər qoymuşsunuzsa, əgər siz uğurlu karyera qurmaq istəyirsinizsə, ingilis dilini bilməyiniz vacibdir. Əlbəttə, bu biliklər müəyyən sertifikatla öz əksini taparsa, çox yaxşı olar.
 
 
IELTS üzrə testləşdirmənin yüksək balla nəticələnməsi üçün sizin ingilis dilini bilməyiniz upper-intermediate səviyyəsində olmalıdır, əks təqdirdə məhdud lüğət ehtiyatınız bunu etməyə imkan verməyəcək.
İmtahana hazırlıq müəyyən olunmuş müddət ərzində keçirilməlidir.
 
 
Ev tapşırıqlarına etinasız yanaşmaq olmaz.
Siz büsbütün dil mühiti ilə əhatə olunmalısınız, yalnız bu halda sizin əməyiniz uğurla nəticələnər. Lazımı vərdişlərə yiyələnməkdə sizə metodik tövsiyələrlə kömək etməyə hazırıq.
 
Jalal-I Tədris Mərkəzi IELTS və TOEFL mütəxəssisləri, təcrübələrlə effektivliyi sübut olunmuş dərslikləri və hər ay keçirilən sınaq imtahanları ilə sizin xidmətinizdədir.
 
 
Bilik, təcrübə, sualları düzgün və sürətli cavablandırmaq üçün imtahan strategiyalarımızı bölüşməklə, sizə yüksək nəticələrlə Beynəlxalq Sertifikat alaraq təhsil və karyera dünyasında seçilmək imkanı tanıyırıq.
 
 
Dərslər həftədə 3 dəfə 1 saat olmaqla keçirilir.
İlk dərs sınaq dərsidir- pulsuzdur.

 
Aylıq ödəniş fərdi olaraq 250 AZN, 2-4 nəfərlik qrupda isə 180 AZN-dir.
 
D.Əliyeva 235A, Fərəh Plaza (012)599-02-46, (055)330-40-00.