Dizayn kursları

 

Dizayn kurslarıDizayn kursları

 

Dizayn kursları

 Qrafik dizayner olmaq istəyirsən?  

Dizayn kursları bitirib iş dünyasında peşəkar qrafik dizayner və ya veb dizayner kimi tanınmaq, həmçinin reklam şirkətləri, çap mərkəzləri və fotostudiyalar üçün əvəzedilməz kadra çevrilmək istərdinizmi?
 
JALAL-I Təhsil Mərkəzi "Dizayner peşəsinə yiyələnmək istəyənlər üçün” qrafik dizayn proqramları üzrə kurslar təşkil edir.
1. Landşaft dizaynın hazırlanması
2. Hərəktəli animasiya işlərinin hazırlanması
3. İnteryerdə istifadə olunan alçipan formalarının dəqiq ölçülər ilə işlənməsi
4. Müxtəlif növ mebellərin eskizlərinin və 3D görüntülərinin hazırlanması
5. Mebel konstruksiyalarının çəkilməsi
6. Texniki detalların çəkilməsi (Maşınqayırma sahəsi)
7. Elektrik planlarının işlənməsi
8. Qaz təchizatı planlarının işlənməsi
9. Su və kanalizasiya təchizatı planlarının işlənməsi
10. Texnologiya planlarının işlənməsi
11. Konstruksiya işlərinin görülməsi
12. Geodizya layihələrinin hazırlanması Kursu bitirən tələbələrə sertifikat verilir.
 
Adobe Photoshop kursu: Bu proqram köhnə şəkillərin bərpası və olan şəkilləri redaktə etmək üçün əvəzsizdir.
Təlim zamanı dinləyicilər müxtəlif növ şəkillərlə işləməyi, photoshopun əsaslarını, sistemə uyğunlaşdırılmasını, şəffaf və qeyri şəffaf materiallarla işləməyi və işıq effektlərinin yaradılmasını, şəkillərinpoliqrafiya və veb üçün korreksiya olunmasını, müxtəlif dizaynların qurulmasını, hər növ çap materialların hazırlanmasını öyrənəcəklər.
Bir sözlə, şəkilə aid nə varsa, bu proqram vasitəsilə edə bilərsiniz.
Bu proqramdan bir çox sahələrdə, o cümlədən jurnal, qəzet, televiziya və bu tipli bir çox sahələrdə geniş istifadə olunmaqdadır.
Kursu bitirən tələbələrimiz poliqrafik, dizayn və reklam firmalarında asanlıqla özlərinə iş tapa biləcəklər.

Ödəniş yalnız fərdi olaraq 100 manatdır.

 
Corel Draw kursu:
Corel Draw – qrafika proqramıdır və dizaynerlər üçün ən əlverişli dizayn proqramı hesab olunur. Bir sıra məşhur jurnalları bu proqram vasitəsilə yığırlar.Bundan başqa böyük plakatların hazırlanması, vizit kartların yığılması, bukletlər yığılması, və s. əyani vəsaitləri hazırlaya bilərsiniz.
Corel Draw proqramının üstünlüklərindən bir də burada həm də şəkil montaj etmək mükündür.
Qrafik dizaynlarının əsas növlərini - Afişa, Loqo, Broşur, Vizit kart və s. hazırlamağı bacaracaqsınız. Bundan əlavə, müxtəlif foto-montaj, şəkillər üzərində dəyişikliklər və s. bu kimi əməliyyatları yerinə yetirə biləcəksiniz.

Ödəniş yalnız fərdi olaraq 100 manatdır.

 
- İnteryer
- Exteryer Müxtəlif növ 3D modellərin hazırlanması və dizaynı

Ödəniş yalnız fərdi olaraq 170 manatdır.

 
1. Eskiz və işçi layihələrin çəkilməsi
2. Obyektlərinin planlarının və 3D fasadlarının işlənməsi

Ödəniş yalnız fərdi olaraq 130 manatdır.


ArchiCAD kursu:
1. Memarlıq layihələrinin çəkilməsi
2. Obyektlərinin planlarının işlənməsi
3. Obyektlərinin fasad və kəsiklərinin işlənməsi
4. Obyektlərinin 3D görüntüsünün hazırlanması
 
Dizayn kursumuzda əsas dizayn proqramlarından biri olan ArchiCAD vasitəsi ilə inşaat, memarlıq və dizayn sahələrində təsvir hazırlamaq, modelləmək, struktur sxemi çəkmək, işıqlandırmaq, animasiya qurmaq mümkündür. Beləliklə, proqram vasitəsiylə memarlar və inşaat sahəsində çalışan mütəxəsisslər asanlıqla görüləcək işin təsvirini və planını hazırlaya bilərlər. Ödəniş yalnız fərdi olaraq 150 manatdır.

 
V-Ray dizayn kursu:
3Ds MAX proqramında çəkilmiş modelin, interyerin, eksteryerin və landşaftın render olunub real foto şəkilə çevirməyi bacarmırsınız? V-ray ilə siz 3Ds max da işləmiş olduğunuz modellərə real görünüş verə bilərsiniz. Mental raydan ferqli olaraq V-rayda render eden zaman hər bir material daha canlı görünüş əldə edir. Ödəniş yalnız fərdi olaraq 250 manatdır.


Adobe After Effects kursu:
Bu proqram vasitəsi ilə tələbələr televiziyalarda veriliş öncəsi intro və titrların hazırlanması, reklam və filmlərdə visual effektlərin işlənməsi, animasiya və təqdimat videolarının hazırlanmasını öyrənəcəklər.


Adobe Premiere Pro kursu:
Video montaj sahəsində ən məşhur proqramlardan biridir.
Böyük imkanlara malik bu proqram, yerli televiziyalarla yanaşı, dünyanın böyük televiziya şirkətlərində də istifadə edilir.
Kurs müddətində, Siz proqramın imkanlarını ətraflı öyrənəcək, müxtəlif layihə videolarının montaj üsullarını mənimsəyəcəksiz. (Musiqi klipi, televiziya verlişləri, sənədli film və s.).
Gələcəyinizi video montaj sahəsində inkişaf etdirməyi düşünürsünüzsə, sizin üçün ən yaxşı seçim Adobe Premiere Pro CC olacaq.

Bakıda qrafik dizayn kursları


Dizayn kurslarımıza müraciət etmək istəsəniz aşağıdakı ünvanlara yaxınlaşa və ya əlaqə saxlaya bilərsiniz.
1. 28 May m., D.Əliyeva 235A., Fərəh Plaza: 012-599-02-46
2. Əhmədli m., M.Hadi 23/24: 012-570-70-44
3. Elmlər A.m.,AzMİU(Memarlıq Univer.)II korpusu: 012-555-10-99
4. Caspian Plaza, 3cü korpus, 6cı mərtəbə: 012-555-70-99

Jalal-I - qrafik dizayn kurslari.