Təcrübə proqramı

 07.06.19 | Ana kateqoriya
 

Təcrübə proqramı

Jalal-I tədris mərkəzləri - Ali təhsil müəssisəsində təhsil alan və bitirən tələbələr üçün, xüsusi təcrübə proqramı və iş imkanı yaradır. Tələbələrə təcrübə keçməklə yanaşı, praktiki bacarıqlara yiyələnmək, göstərilən sahələr üzrə peşəkarlarla çalışmaq şansı verilir. 
Təcrübə proqramı dörd filial üçün nəzərdə tutulur.
Proqram 
 ➡ SMM meneceri
 ➡ Ofis meneceri,
 ➡ Assistent 
 ➡ Xarici dil müəllimliyi üzrə həyata keçirilir.  

Tələblər:
•Ali Təhsil müəssisəsində təhsil alan və bitirən şəxslər;
•Analitik təhlil və operativlik bacarığı;
•Komandada işləmək bacarığı, dəqiq və məsuliyyətli;
•Çalışqan və öyrənməyə davamlı.

Proqram haqqında məlumat:
Proqram iyun - avqust aylarını əhatə edəcək;
Proqram təcrübəçinin vaxtına uyğun olaraq həftənin 5-günü 4-saat və ya 3-günü  6-saat olmaqla həyata keçiriləcək;

Təcrübə müddətində təcrübəçilərin yol xərci qarşılanacaq və çay fasiləsi veriləcəkdir. Proqramın əsas məqsədi savadlı və təcrübəli kadr yetişdirməkdir.

Təcrübə proqramını  uğurla başa vurmuş tələbələr sertifikat və iş ilə təmin olunacaqlar (müsahibə əsasında).
Proqramla maraqlanan şəxslər özləri haqqında ümumi məlumatı və CV - lərini  jalali_tedris_merkezi instagram səhifəsinin direct bölməsinə, jalali.az  saytının mesaj bölməsinə və [email protected] adresinə göndərə bilərlər. CV-si olmadan şəxslərin özləri haqqında məlumatı mailə göndərmələri kifayətdir.
Əlaqə nömrələri: 012-555-70-99 , 055-330-40-00.

Proqrama son müraciət tarixi: 13 iyun 2019