"Azərbaycan Respublikası Silahlı Qüvvələri günü"

"Azərbaycan Respublikası Silahlı Qüvvələri günü" 


İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
 Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı.
Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
 
Jalal-I Tədris Mərkəzi sizləri düşünərək "Azərbaycan Respublikası Silahlı Qüvvələri günü"-nə özəl vətənə xidmət borcunu müvəffəqiyyətlə başa vurmuş bəylərə, bütün kurslar üzrə 30% endirim tətbiq edir.
 
Müraciət etmək istəsəniz aşağıdakı ünvanlara yaxınlaşa və ya əlaqə saxlaya bilərsiniz.
1. 28 May m., D.Əliyeva 235A., Fərəh Plaza: 012-599-02-46
2. Əhmədli m., M.Hadi 23/24: 012-570-70-44
3. Elmlər A.m.,AzMİU(Memarlıq Univer.)II korpusu: 012-555-10-99
4. Caspian Plaza, 3cü korpus, 6cı mərtəbə: 012-555-70-99