AutoCAD kursları
AutoCAD kursları dünya üzərində ən çox istifadə edilməkdə olan kompüter dəstəkli dizayn proqramlarının başında gəlməkdədir. İçərisində olan zəngin və inkişaf etmiş şəkil vasitələri sayəsində istifadəçilər nəzəri olaraq 2 ölçülü və 3 ölçülü şəkillərini həyata keçirə biləcəkləri kimi fərqli modelləşdirmə dizaynlarını da ortaya qoya bilərlər.
Güclü modelləşdirmə mühərriki sayəsində ümumi məhsuldarlığı ən üst səviyyəyə çıxaran AutoCAD kursu, xüsusilə memarların, mühəndislərin, dizaynçıların və sənətçilərin bir nömrəli seçimləri arasındadır.
Digər proqamlardan fərqli olaraq bu sırf dizayn üçün deyil, memarlıq və inşaaat sahəsində çalışan əməkdaşların iş şəraitini daha əlverişli olması üçün istifadə edilir. Belə ki, hər hansı bir tikilinin dizayının vermək üçün hal-hazırda bu proqram vasitəsilə dizayn tərtib edirlər.
AutoCAD kurslarını bitirdikdən sonra nə etməyi öyrənəcəksiniz
1. Eskiz və işçi layihələrin çəkilməsi
2. Obyektlərinin planlarının və 3D fasadlarının işlənməsi
3. İnteryerdə istifadə olunan alçipan formalarının dəqiq ölçülər ilə işlənməsi
4. Müxtəlif növ mebellərin eskizlərinin və 3D görüntülərinin hazırlanması
5. Mebel konstruksiyalarının çəkilməsi
6. Texniki detalların çəkilməsi (Maşınqayırma sahəsi)
7. Elektrik planlarının işlənməsi
8. Qaz təchizatı planlarının işlənməsi
9. Su və kanalizasiya təchizatı planlarının işlənməsi
10. Texnologiya planlarının işlənməsi
11. Konstruksiya işlərinin görülməsi
12. Geodezya layihələrinin hazırlanması
AutoCAD-in əsas xüsusiyyətləri
AutoCAD bərk cisimlərdən, səthlərdən və mesh obyektlərdən istifadə edərək 2D həndəsə və 3D modelləri yaratmaq və şərh etmək üçün istifadə edilən güclü proqramdır. O, həmçinin tapşırıqları avtomatlaşdırmaq, onlayn və mobil cihazlarda əməkdaşlıq etmək və yeddi alət dəsti ilə funksionallığı genişləndirmək üçün funksiyalar təklif edir.
AutoCAD kurslarında 2D və 3D dizayn:
AutoCAD həm 2D təsvirlər, həm də mürəkkəb 3D modellər yaratmağa imkan verir.
Siz binalar, avtomobillər, elektrik dövrələri və daha çox şey dizayn edə bilərsiniz.
Annotasiya və parametrləşdirmə:
Çizimlərinizə ölçülər, mətn işarələri və digər qeydlər əlavə edin.
Tez quraşdırma və modifikasiya üçün parametrik obyektlər yaradın.
Tapşırıqların avtomatlaşdırılması:
AutoCAD rutin hərəkətləri avtomatlaşdırmaq üçün skriptləri və xüsusi əmrləri dəstəkləyir.
Əməkdaşlıq:
Bulud xidmətlərindən istifadə edərək real vaxt rejimində həmkarlarınız və müştərilərinizlə əməkdaşlıq edin.
Genişlənmə qabiliyyəti:
AutoCAD memarlıq, mexaniki, elektrik və s. kimi ixtisaslaşdırılmış sahələr üçün alət dəstləri ilə gəlir.
AutoCAD sadəcə rəsm aləti deyil, o, tam dizayn və modelləşdirmə həllidir. Memarlıq, mühəndislik və ya dizaynla maraqlanmağınızdan asılı olmayaraq, AutoCAD sizin etibarlı yaradıcı və peşəkar yoldaşınızdır.