
Dizayn kursları haqqında
Dizayn müasir dünyanın ən çox tələb olunan sahələrindən biridir. Rəqəmsal inkişafın sürəti, reklam və marketinqin önəmi, kreativ yanaşmanın vacibliyi dizayner peşəsini həm gəlirli, həm də maraqlı bir ixtisasa çevirir. JALAL-I də tədris olunan dizayn kursları isə sizə bu sahədə peşəkar olmağın yolunu göstərir.
Dizayn üzrə kurslar Qrafik Dizayn, İnteryer Dizayn və We Dizayn olmaqla bu sahənin ən peşəkar mütəxəsisləri tərəfindən tədris edilir.
Qrafik Dizayn kursu
Müasir dövrdə qrafik dizayn həyatımızın hər sahəsindədir. Sosial media posterlərindən tutmuş reklam lövhələrinə, mobil tətbiqlərdən vebsaytlara qədər hər yerdə qrafik dizaynerlərin işi göz önündədir. Göz oxşayan vizual həllər yalnız estetik baxımdan deyil, həm də biznes və kommunikasiya baxımından böyük önəm daşıyır.
1. Adobe Photoshop - qrafik dizayn, foto manipulyasiya, rəqəmsal rəsm, veb və sosial media dizaynı üçün ən güclü alətdir.
2. Adobe Illustrator- logo dizaynı, vektor illüstrasiyalar, vizit kart, afişa, buklet, reklam bannerləri, yüksək keyfiyyətli poster, qrafik dizaynlar, mobil tətbiq və veb dizayn üçün müasir ikon setləri əsasən bu proqramda hazırlanır.
3. CorelDraw- şirkət və şəxsi brendlər üçün peşəkar loqotiplər, vizit kart, afişa, poster, kataloq, broşura, kitab üzlükləri hazırlamaq imkanı yaradır.
4. Adobe InDesign- Broşura, kataloq, reklam bukletləri, plakat, afişa dizaynı, jurnal, qəzet maketləri hazırlamaq, kitabların səhifələnməsi, dizaynı, E-kitab və interaktiv PDF fayllar yaratmaq mümkündür.
5. Motion - reklam videoları, sosial media üçün kreativ animasiyalar, After Effects və digər proqramlarla hərəkətli vizual layihələr.
İnteryer dizayn kursları
İnteryer dizayn sadəcə otaq bəzəmək deyil, insanların gündəlik həyatını daha rahat, funksional və estetik etmək sənətidir. Müasir dövrdə interyer dizayner peşəsi dünyanın ən çox tələb olunan ixtisaslarından biridir. Mərkəzimizdə bu kurs aşağıdakı proqramlara əsasən tədris edilir.
1. AutoCAD - planlar, kəsiklər, sxemlər, texniki çertyojlar hazırlamaq, binaların, konstruksiyaların və interyerlərin üçölçülü vizuallaşdırılması, mexaniki hissələr, elektrik, santexnika sxemləri, ev, ofis, digər tikililərin planlaşdırılması, otaqların layihələndirilməsi və məkan həlləri və s kimi
2. ArchiCAD - binaların, ofislərin, yaşayış komplekslərinin detallı modelləşdirilməsi, layihədəki bütün elementlərin məlumat bazasının yaradılması, məkanların həm daxili, həm də xarici görünüşünü planlaşdırma.
3. 3 D MAX - binalar, interyerlər, obyektlər və məhsulların realistik modelləri, yüksək keyfiyyətli, realist görüntülər, animasiyalar, otaqların və məkanların üçölçülü planlaşdırılması və vizual təqdimatı
4. Corona Render - təbii işıq və süni işıq mənbələri ilə tam real görüntüsü, divar, mebel, şüşə, metal və digər obyektlərin realistik görünüşü, modelləri problemsiz işləmək imkanı.
Web dizayn kursları
Müasir dövrdə hər bir şirkət, brend və fərdi layihə üçün vibrant və funksional vebsayt həyati əhəmiyyət kəsb edir. Web dizayn isə saytın yalnız gözəl görünməsi deyil, həm də istifadəçi təcrübəsi (UX), interfeys rahatlığı (UI) və funksionallığını təmin edən peşəkar sahədir.
1. HTML & CSS – saytın strukturunun yaradılması və vizual tərtibatı
2. JavaScript və interaktiv elementlər – saytın funksionallığını artırmaq
3. UI/UX prinsipləri – istifadəçi dostu interfeys dizaynı, rəng və font seçimi
Dizayn kursu yalnız kompüter proqramlarını bilmək deyil, həm də yaradıcılıq, estetik zövq və vizual kommunikasiya bacarığıdır.
Mərkəzimizdə dizayn dərsləri tələbələrin həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazanmasına yönəldilib. Dərslər peşəkar təlimçilər tərəfindən, müasir tədris metodları ilə keçirilir və hər bir tələbənin yaradıcılıq potensialını üzə çıxarmağa xidmət edir. Hər nbir proqram həftədə 3 dəfə 1 saat olmaqla 2 ay müddətində tədris edilir. Bitirdikdən sonra imtahan nəticəsinə uyğun tələbələrə beynəlxalq sertifikat təqdim edilir.
Dizayn kurslarımız sizə yalnız proqram bilikləri deyil, həm də yaradıcılıq düşüncəsi, estetik zövq və peşəkar portfel qazandırır. Bu isə gələcəkdə həm frilanser kimi qlobal bazarda işləməyə, həm də böyük şirkətlərdə karyera qurmağa imkan yaradır.