Dövlət qulluğuna hazırlıq
Dövlət qulluğu nədir və kimlər dövlət qulluqçusu ola bilər
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci - yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:
A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
AA qrupu;
AB qrupu;
AC qrupu.
B növü - inzibati icraçı vəzifələr üzrə:
BA qrupu;
BB qrupu.
Test imtahanında iştirak edərək , imtahandan keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti beş ildir.
İmtahana aşağıdakı fənn bloklarından suallar daxildir:
- Qanunvericilik: 40 sual.
- Məntiq: 30 sual.
- Azərbaycan dili: 15 sual.
- İnformatika: 15 sual.
Nəzərə alın ki, suallar kateqoriyadan asılı olaraq qapalı və ya açıq ola bilər.
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.
Kimlər Dövlət Qulluqçusu ola bilər
Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. Namizədlərin bakalavr diplomunun olması vacib şərtdir.
ƏYANİ VƏ ONLİNE tədris həyata keçirilir. Hər bir fənn ayrı-ayrılıqda həftədə 3 dəfə 1 saat olmaqda tədris olunur. İlk dərs ödənişsiz sınaq dərsidir. Hər fənn üçün ödəniş fərqlidir:
Məntiq - fərdi 90 azn, qrup 60 azn
İnformatika - fərdi 90 azn, qrup 60 azn
Azərbaycan dili - fərdi 120 azn, qrup 80 azn
Qanunvericilik - fərdi 200 azn, qrup 180 azn
Hazırlıq müddəti fərdin seçimindən asılı olaraq dəyişə bilər. Standart olaraq 2.5-3 ay ərzində hazırlıq proqramı davam edir.
Bundan əlavə, ay ərzində sınaq imtahanları təşkil olunur ki bu da imtahana qədər ki dövrdə namizədlərin ümumi nəticəsinə müsbət təsiri yüksəkdir. Həmçinin kursumuz tərəfindən tələbələrə dərs vəsaitləri də təqdim olunur. Test mərhələsinə hazırlıqdan əlavə, peşəkar mütəxəssislərimiz tərəfindən namizədlər müsahibə mərhələsinə də hazırlaşdırılır.
Dövlət qulluğuna hazırlıq - müsahibə mərhələsi
Dövlət orqanında vakant inzibati vəzifə yarandığı gündən 1 ay müddətində həmin vakant inzibati vəzifə tutulması üçün müsahibəyə çıxarılır.
Müsahibəyə hazırlıq zamanı 4 istiqamət :
1) qanunvericilik
2) ümumi dünyagörüşü
3) vəzifə və orqanın proqramı
4) etik davranışlar, informatika bilgiləri və dil bilgiləri (tələb olunduğu halda)
Hər bir imtahan üzrə tələbələrimizin qəbul olma faizi 100% təşkil edir.