Xarici dil kursları
Xarici dil kursları sizə xarici dil öyrənmək çox çətin kimi görünən, amma beyninizdə sizi qorxudan əngəlləri tərk etdiyiniz zaman çox zövqlü bir öyrənmə müddətidir. Başqa bir dildə söhbət etməyin, kitab oxumağın, gündəlik tutmağın verdiyi zövq həqiqətən də başqadır.
Bizim xarici dil kurslarımızda sizə cəmi bir neçə ay ərzində müxtəlif xarici dilləri mükəməl səviyyədə öyrənmək imkanı veririk.
- İngilis dili
- Alman dili
- Türk dili
- Ərəb dili
- Fars dili
- Fransız dili
- Çin dili
- İspan dili
- İtalyan dili
- Koreya dili
- Yapon dili
- Rus dili
- Portuqal dili
- Azərbaycan dili
Xarici dil kurslarında ilk başlanğıc
Tədris xarici dil kurslarında dil üzrə 4 əsas bacarığın inkişafına yönəldilib: danışıq, dinləmə, yazma və oxuma.
Dərslər ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və cd/dvd materiallar əsasında keçirilir. Hər yeni gələn tələbə üçün bizim mərkəzdə ən yaxşı seçim imkanı yaradılır. İlk ödənişsiz dərslər məhz bunun üçündür ki, siz müəllimlə, onun məşğələ aparmaq texnika və metodikası ilə tanış olur, eləcə də, öz bilik səviyyənizi yoxlayıb müəyyən edə bilirsiniz.
Sınaq dərsindən çıxan tələbə öz istəyindən asılı olaraq, ya qeydiyyatdan keçmək və ya digər müəllimlə sınaq dərsinə baş vurmaq haqqına sahib olur.
Xarici dil kursları dərsləri tələbənin seçiminə əsasən fərdi və 2-4 nəfərlik kiçik qruplar şəklində keçirilir.
İngilis dili məşğələləri hər biri bir saat olmaqla, həftədə üç dəfə keçirilir.
Ay ərzində 13-14 dərs keçirilir.
Tələbələr depozitlə lazımi audio-video vəsaitlər, disklər, altyazılı dvdlər, oxu və qrammatika kitabları ilə təmin edilir.
İlk sınaq dərsi ödənişsizdir.
"TOEFL”, "IELTS", "SAT” proqramlaı ilə hazırlaşmaq xarici ölkələrin təhsil mərkəzlərinin qapılarını sizin üzünüzə açır.
Xarici dil kurslarında danışıq klubu
Tədris mərkəzimizin nəzdində 3 səviyyədən ibarət ingilis dili kursları üzrə danışıq klubu fəaliyyət göstərir. Hər bazar günü siz ödənişsiz danışıq klublarında bu dildə danışan adamlarla müsahibələr yolu ilə öz dilinizi və tələffüzünüzü daha da təkmilləşdirə bilərsiniz. Burada siz əcnəbilərlə, eləcə də mərkəzin başqa tələbələri ilə ünsiyyət qura bilərsiniz. Klubların müxtəlif səviyyələrdə olması onları daha maraqlı və eyni zamanda daha effektiv edir. Tələbələr burada yeni dostlar tapır, vaxtlarını gözəl kecirməklə qalmayıb, həftə ərzində mənimsədikləri qrammatik qaydaları, yeni sözləri cümlələrdə istifadə edir, onları daha düzgün ifadə və tələffüz etməyi öynəyir. Conversation club ÖDƏNİŞSİZDİR.
Xarici dilləri öyrənmək üçün 10 əsas addım
1. Qəti qərar verin: hər nə olursa olsun, siz qəti qərarınızı verin və o cür başlayın.
2. Proqaramınız təqvimli olsun: xarici dil öyrənərkən özünüzü aldatmayın. 3 ayda dil öyrənmək üçün 24 saat dillə yatıb qalxmalısınız.
3. Proqramınıza əməl edin: hər zaman çalışın, kiçicik öyrənmə fürsətlərini belə qaçırmayın.
4. Nizamlı öyrənməyin: sıra ilə gedərək qrammatik məlumatları, ən sadə cümlələrdən başlayaraq danışmağa çalışmaq məşqləri etməyin. Unutmayın, uşaq olanda, danışdığımız dili öyrənərkən, nə qrammatika bilirdik, nə də dil bilgisi. Eşidə-eşidə şüuraltımız öyrənmişdi və biz də danışmağa başlamışdıq. Yeni dili də bu cür düşünün.
5. Əzbərləməyin: çünki həyatdakı ünsiyyətlər əzbərlə yaşanmır, o an təsadüfi yaşanır. Yeni tanış olduğunuz hər kəsdən, "adın nədir, haralısan, nə qədər vaxtdır burdasan, nələri sevirsən” kimi sualları arxa-arxaya soruşuruqmu? - Xeyr, söhbət bizi o suallara onsuz da aparır. Əzbərləmək yerinə sözləri və cümlələri bol bol istifadə edin.
6. Səsli təkrar edin: şüuraltınız səsi çox sevir. Səsli danışın, oxuyun, yazın.
7. Dost tapın: dünyanın kiçik bir kəndə döndüyü bu mühitdə öyrəndiyiniz dili danışan yoldaşlar tapmaq o qədər asandır ki. Facebook, twitter, instagram, gmail kimi sosial mühitlərdən və xarici dil yoldaşlığı üçün qurulan bir çox saytdan faydalana bilərsiniz.
8. Alt yazı olan film izləyin: sadəcə filmi izləyin. 5-10 filmdən sonra nə qədər çox inkişaf etdiyinizi və filmi bir qədər anlaya bildiyinizi görəcəksiniz.
9. Gündəlik tutun: "bu gün bu xarici dil kurslari dərsi işlədim. Bu sözləri öyrəndim. Bu anlamda işlənirlər” şəklində məlumatları qeyd edin. Sonra onları oxuyun. O gündəliklər, zaman keçdikcə, sizə, nə qədər çox bilgi öyrəndiyinizi göstərən və sizi cəsarətləndirən dostunuz olacaq.
10. Cəsur olun, səhv edin: ən önəmli addım. Çünki dil öyrənməyin ən asan yolu bol-bol səhv etməkdir. Əgər başqa biri ilə danışarkən, yazışarkən, səhv edirsinizsə, təbii olaraq sizə bunun doğrusunu öyrətmək istəyəcək. Bu da sizə pulsuz müəllim.
Niyə məhz bizim xarici dil kurslarımız
Bakıda xarici dil kursları üfüqlərinizi genişləndirmək, mədəni təcrübənizi zənginləşdirmək və ünsiyyət bacarıqlarınızı təkmilləşdirmək imkanı verir.
JALAL-I tədris mərkəzi sizə ingilis, fransız, alman, ispan, italyan, rus, ərəb, fars, türk və digər xarici dil kurslari kimi dünyanın ən populyar dillərində kurslar təklif edir. Dərslər müasir metodlardan və xüsusi proqramlardan istifadə etməklə keçirilir. Bu, ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək üçün əla bir yoldur.
Maraqlarınıza uyğun kurs seçdiyinizə əmin olun. Xarici dilləri öyrənməkdə uğurlar! 🌐🗣️