Adobe Photoshop kursu
Adobe Photoshop kursu
Adobe Photoshop kursu Çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, raster təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir. Bir qədər geniş funksiyalara malik olan bu proqramı mükəmməl öyrənmək bir o qədər də asan deyil. Photoshop qrafiklərinizi və şəkillərinizi bir formadan digər formaya salmağa və ya təsəvvür etdiyiniz bir şeyi düzəltməyə kömək edən proqramdır. Proqram vasitəsilə rənglərdə dəyişiklik, şəkli işıqlı və ya qaranlıq, ölçüsünü kiçildib, böyüdə bilərsiniz, bunlarla yanaşı bir çox gözəl xüsusiyyətləri də var. Məsələn, iki müxtəlif şəkili siz birləşdirə bilərsiniz və yaxud da köhnə şəkillərinizi yeniləyə bilərsiniz.Bir sözlə, şəkilə aid nə varsa, bu proqram vasitəsilə edə bilərsiniz.Bu proqramdan bir çox sahələrdə, o cümlədən jurnal, qəzet, televiziya və bu tipli bir çox sahələrdə geniş istifadə olunmaqdadır. Bu proqram adından göründüyü kimi şəkillərin montajı üçün nəzərdə tutulub. Demək olar ki, hər il yeni versiyaları hazırlanır. Photoshop CS2, Photoshop CS3, Photoshop CS4, Photoshop CS5 versiyaları artıq istifadə olunur. Bu versiyalar ideya cəhətdən bir – birində o qədər də fərqlənmir. Lakin hər yeni versiyada yeni funksiyalar əlavə olunur, ümumilikdə proqram genişləndirilir.
Dərslər fərdi və kiçik qruplarda olmaqla sırf praktik əsaslarla tədris olunduğu üçün bu kursu bitirərək rahatlıqla qrafik dizayner olaraq çalışa biləcəksiniz.
Adobe Photoshop kursu
Sizə əlverişli yerdə olan "Jalali" korpusunu seçin:
28 May m., D.Əliyeva 235: 012-599-02-46
Əhmədli m., M.Hadi 23/24: 012-570-70-44
AzMİU II korpusu: 012-555-10-99
Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə 012-555-70-99
Mobil: 055-330-40-00
Email: [email protected]